Bu axşam Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları Suriyanın Hələb şəhərinə dəstək olaraq söndürüləcək.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki. Eyfel qülləsinin işıqları Bakı vaxtı ilə saat 23:00-da söndürüləcək.
Xatırladaq ki, ötən gün Eyfel qülləsinin əməkdaşlarının tətili ilə əlaqədar qüllənin bağlı olduğu haqda məlumat verilib.