NBC televiziyasının adını vermədiyi yüksək səviyyəli rəsmilərinə əsaslandırdığı xəbərində ABŞ Prezidenti Barak Obamanın ölkəsindəki seçkilərə hər hansı şəkildə müdaxilə edilməsinin silahlı qarşıdurmaya səbəb ola biləcəyi barədə Rusiya Prezidenti Vladimir Putini xəbərdar etdiyi bildirilib.
"Eurasia Diary" Sputnik-ə istinadən xəbər verir ki, NBC-yə görə Obama 8 Noyabrdakı seçkilər ərəfəsində ABŞ və Rusiya liderlərinin birbaşa ünsiyyət qurması üçün yaradılan qırmızı telefon əlaqəsindən ilk dəfə istifadə etdi.
31 OKTYABRDA ZƏNG ETDİ
ABŞ-ın kiber hücum ittihamları davamlı oldu və Rusiya tərəfə qırmızı telefon əlaqəsilə xəbərdarlıq edildi.
OBAMA SİLAHLI TOQQUŞMA - Dedi
Obama bu telefon görüşündə silahlı toqquşma sözlərindən də istifadə etdi. NBC-nin bildirdiyinə görə, Soyuq Müharibə dövrünə aid rabitə sistemi olan qırmızı telefon 11 Sentyabr hücumu kimi fövqəladə hallarda istifadə edilir.
OBAMA RƏHBƏRLİYİ BUNDAN ƏVVƏL KREMLLƏ QIRMIZI XƏTT ÜZƏRİNDƏN ÜNSİYYƏT YARATMAYIB
Obama administrasiya daha əvvəl Kreml ilə bu xətt üzərindən əlaqə saxlamayıb.
Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın kiber hücumlar üzərindən Trampın prezident seçilməsinə kömək etdiyi barədə olduqca əmin olduqlarını bildirdiyi bir vaxtda Obama da kiber hücumların Rus hökumətinin ən yuxarı orqanlarında hazırlandığını ifadə edib. Rusiya rəsmiləri Moskvanın ABŞ-da milyarder Respublikaçı Donald Trampın qələbəsi ilə nəticələnən seçkilərə müdaxilə etdiyi iddialarını rədd edib.