Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər yaralanıb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.
“Kürdüstan Azadlıq Şahinləri” qruplaşması dekabrın 10-da İstanbulun mərkəzindəki “Vodafon” stadionunun qarşısında törədilən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Həmin partlayışlar nəticəsində 44 ölüb, 38 nəfər yaralanıb.