"Eurasia Diary" xəbər verir ki, Show TV-də bu ilin avqust ayında Türkiyədə öldürülən qanuni oğru adlandırılan Rövşən Lenkeranskinin (Caniyev) öldürülmə anını göstərən video yayımlanıb.
Bu barədə xəbər hazırlayan kanal ölüm anını detallarıyla şərh edib. Xəbərdə iş adamının güllələnmə anı və qatil ilk dəfə göstərilib.
Lakin xəbərdə telekanalın yol verdiyi böyük səhv nəzərdən qaçmayıb. Rövşenin soyadını Caniyev deyil, Əliyev kimi qeyd ediblər.