Kraliçaya "möhkəm soyuq dəyib": Milad Günü ibadətində iştirak etməyəcək
Böyük Britaniya Kraliçası II Yelizaveta hələ də "möhkəm soyuq dəyməyə" görə Milad Günü ibadəti üçün kilsəyə getməyəcək.
Buckingham Sarayı bildirib ki, o müalicəsini davam etdirmək üçün evində qalacaq, amma ailəsilə birgə Milad Günü bayramına qatılacaq.
Şahzadə Philip, Şahzadə Charles, Şahzadə Harry və başqa kral ailəsi nümayəndələri Kraliçanın Norfolk silki, Sandringham Kilsəsindəki ibadətə qatılacaq.
Hazırda kütlə onları qarşılamaq üçün kilsənin qarşısına toplaşıb.
Kraliça və Şahzadə Philip bu həftə Milad Bayramını qeyd etmək üçün səyahət edəcəkdilər, lakin hər ikisi bərk soyuqladığından səyahətlərini təxirə salıblar.
Onlar çərşənbə günü ənənəvi olaraq, qatarla deyil, vertolyotla Buckingham Sarayından Norfolk silkinə gediblər.
Şahzadə William və Cambridge hersoginyası bayramı Middleton ailəsi ilə Berkshire-də keçirəcək.
Kraliçanın ənənəvi bayram təbriki, Bakı vaxtilə saat 19.00-da BBC1, ITV, Sky News kanalları və BBC Radio 4 radiosu ilə yayımlanacaq.
Bu nitqində Kraliça diqqəti "qeyri-adi işlər görən adi insanlara" - könüllülərə yönəldəcək.