Çinin Tayyuan şəhərində ticarət mərkəzlərinin birinin qarşısında ABŞ-ın yeni seçilmiş prezidenti Trampa oxşayan xoruzun heykəlini qoyublar.
"Eurasia Diary" CNN-nə istinadən xəbər verir ki, xoruzun saç düzümü Donald Trampın saç modelinə uyğun gəlir.
Heykəli ticarət kompleksinin sahibi sifariş edib. O, gələcəkdə belə heykəllərdən daha kiçiyini sifariş edəcəyini bildirib.