Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin cəsədi mənzilində tapılıb.
"Eurasia Diary"nin “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, diplomat işə getməyib və telefon zənglərinə cavab verməyib. Malaninin bundan narahat olan həmkarları polis əməkdaşları ilə onun evinə gedərək meyitini tapıblar.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.