Dubayın "Burj Al Arab Jumeirah" otelində müştərilərə dünyanın ən böyük kürü qabı təqdim olunub.
ABŞ-ın "AmStur" şirkəti tərəfindən hazırlanan kürü qabı qızıldandır və qədim hind əfsanələrində adı çəkilən Mashenomak nərə balığının şərəfinə adlandırılıb. Çəkisi 17 kq olan kürü "təbii qastronomik şedevr" hesab olunur. Kürünün yeyilməsi üçün qonaqlara qızıldan qaşıqlar verilib. Bu kürü bankası "Ginnesin rekordlar kitabı"na daxil olub.