"Türkiyə Hava Yolları"na məxsus "Boeing 747" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə ölkənin baş nazirinin müavini Məhəmmədkalıy Əbülqazıyev məlumat verib.
Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridir.
*************
Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarə qəzaya uğrayıb.
Bildirilir ki, hadisə Honkonqdan uçan təyyarə eniş edərkən baş verib. Qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.
Qəzanın pis hava şəraiti səbəbindən baş verdiyi bildirilir.