Tramp siyasətinin əsas hədəfləri ABŞ-Kanada problemi

Analitika 17:13 06.09.2018

ABŞ-Kanada böhranı və Trampın xarici siyasəti

ABŞ prezidenti Donald Tramp sentyabrın 6-da Küveyt əmiri Şeyx Sabah ilə Ağ Evdə keçirilən görüşdən əvvəl Oval Ofisdə mətbuata açıqlamalar verib. Tramp mətbuata açıqlamasında Kanada məsələsinə toxunub və Kanadanı təhdid edib. Dünya mətbuatında geniş müzakirələrə səbəb olan bu açıqlamadan sonra ABŞ-Kanada problem yenidən aktuallaşıb. Bəs Tramp nə istəyir? ABŞ-Kanada problemi necə başladı? ABŞ-Kanada probleminin pərdəarxasında hansı məsələlər durur? Trampın xarici siyasətinin əsas istiqamətləri hansılardır? Bütün bu suallara hazırki məqalədə cavab tapmağa çalışacayıq.

Trampın məqsədi və əsas hədəfləri

Donald Tramp iki illik prezidentlik müddətində yürütdüyü siyasət ilə beynəlxalq ictimaiyyətdə anlaşılmaz, mürəkkəb və sərt imicli lider kimi təəssürat yaratdı. Qəbul etdiyi radikal qərarlarla, eyni bir məsələyə verdiyi ziddiyətli bəyanatlarla, tez-tez girdiyi siyasi polemikalarla beynəlxalq mətbuatda bəlkə də ən çox izlənilən və bir o qədər də tənqid edilən lider kimi Tramp fikrimizi bir sözlə ifadə etsək, sadəcə “anlaşılmadı”. Bəli, bu gün Trampın yürütdüyü siyasət nə ABŞ-ın rəqibləri, nə də ABŞ-ın müttəfiqləri tərəfindən anlaşılmır. Ona görə də beynəlxalq siyasi palitrada belə bir sual yaranır. Tramp nə istəyir?

Əslində Trampın yeganə bir missiyası var. Diqqəti yayındırıb tez bir zamanda ABŞ hegemoniyasının yenidən təsis edilməsi. Obamanın 8 illik “sülhməramlı diplomatiyası"ndan sonra dünyada qüvvələr balansının dəyişməsi, ABŞ-ın xüsusən, Avrasiya və Sakit okean hövzəsində yeni rəqiblərinin meydana gəlməsi, Yaxın və Orta Şərq regionunda yeni “güclər savaşının” başlanması, Çinin ABŞ iqtisadiyyatını ötməsi, Rusiyanın Gürcüstan və Ukrayna məsələsində birbaşa ABŞ-a meydan oxuması Trampa bir prezident kimi hazırki addımları atmağa vadar edir. Trampın xarici siyasətdəki əsas hədəflərini ardıcılıqla qeyd edək:

  • Çinin getdikcə yüksələn hərbi-iqtisadi gücünü zəiflətmək və regionda təsir dairəsini azaltmaq;
  • Fransanın Avropada yeganə lider dövlət olmasının qaşısını almaq və Avropada “mərkəzdənqaçma meyllərini” əngəlləmək;
  • Rusiya ilə münasibətləri gərginləşdirmədən onun hazırki əhatə dairəsində qalmasını və öz təsir dairəsini genişləndirməməsini təmin etmək;
  • NATO və NAFTA ölkələri daxil olmaqla ABŞ-ın qlobal hegemoniya siyasətinə dəstək olamayan istənilən dövlətə qarşı sərt tədbirlər görmək;
  • İran və digər “anti-amerikan meylli” dövlətlərlə imzalanan bütün razılaşmaları ləğv etmək və bu tipli dövlətlərə qarşı “təcrid siyasətini” həyata keçirmək;
  • Və bütün bunlarla birlikdə yenidən çoxqütblü dünya nizamının bərpa edilməsinin qarşısını almaqla “mondualist dünya nizamını” qorumaq.

ABŞ-Kanada problemi

ABŞ-Kanada probleminə gəldikdə isə qeyd etmək lazımdır ki, iki dövlət NAFTA yəni, Şimali Amerika Azad Ticarət Assosiasiyasının üzvləri olaraq 1994-cü ildən bu yana Şimali Amerika regionunu “azad ticarət ərazisi” elan etmiş və bu ərazidə bir-birləri ilə minimum gömrük rüsumları və maksimum imtiyazlarla ticarət mübadiləsi həyata keçirmişlər. (Qeyd: Bu Assosiasiyaya Meksika da daxildir) Lakin Tramp radikal qərarlarından birini də gözlənilmədən Kanadaya qarşı verərək birdən-birə Kanada ilə sərhəddə gömrük vergilərinin qiymətini qaldırdı. Kanada baş naziri Tradeu “G7” zirvəsi keçirilərkən bu qərarı Kanada xalqına edilmiş bir təhqir olaraq qəbul etdiklərini açıqladı. Bu açıqlamadan sonra Tramp “Kanada bizi kürəyimizdən bıçaqladı” deyərək G7 razılaşmasına qol çəkməkdən imtina etdi. Beləliklə bu gündə aktuallığını saxlayan ABŞ-Kanada böhranı başladı.

ABŞ-Kanada problemində “medalyonun görünən üzü” yuxardakılardan ibarətdir. Ancaq siyasətdə təsadüflərə yer yoxdur. Kanada məsələsi qəsdən ABŞ tərəfindən yaradılan bir problemdir. Prezident Tramp bu məsələ ilə bağlı öz tvitter hesabında yazır ki: “Çox məyusam, lakin nə dostlarımız, nə də düşmənlərimiz daha çox bizdən faydalana bilməyəcək. ABŞ ancaq öz xalqına xidmət etməyə borcludur və ona görə də bu məsələdə ABŞ işçilərinin maraqlarını qorumalıyıq”.

Kanada böhranının pərdəarxası məqamları

Göründüyü kimi, Tramp Kanada probleminin məqsədyönlü surətdə şəxsən özü tərəfindən yaradılması faktını inkar etmir. Amma Tramp Kanada problemi ilə hansı dövlətlərə mesaj ünvanlayır? Bəli, bu problem sadəcə bir mesaj xarakteri daşıyır. ABŞ NAFTA-dakı müttəfiqini bir növ cəzalandıraraq ABŞ-ın maddi yardımları ilə fəaliyyətini davam edən NATO ölkələrinə yaxın zamanlarda belə hallarla onların da qarşılaşa biləcəkləri və buna özlərini tez bir zamanda hazırlamalı olmaları mesajını göndərir. Tramp haqlı olaraq NAFTA, NATO, BMT və digər qurumlara həmçinin, bu qurumların üzvlərinə maddi yardımların tədricən kəsilməsi və ABŞ iqtisadiyyatının maliyyə cəhətdən möhkəmləndirilməsi üçün real addımlar atır. Çünki Tramp anlayır ki, ABŞ rəsmi statistikada hələ də dünyanın ən böyük iqtisadiyyatı kimi görünsə belə ciddi iqtisadi problemlərə və külli miqdarda borca sahib olan bir ölkədir. ABŞ iqtisadiyyatında baş verən tsiklilik xarakterli böhranlar ABŞ sənayesinin inkişafına və xalqın rifahına mane olur. Digər bir məsələ isə Çin iqtisadiyyatının yavaş-yavaş ABŞ-ı ötməsi və ABŞ iqtisadiyyatının Çin məhsullarından asılılığının getdikcə artması faktıdır. Məhz bu amil Tramp xarici siyasətində “Çin problemini” “Rus problemindən” daha əvvələ daşımışdır. Yəni Tramp bu gün Kanadaya, NATO ölkələrinə, Pakistana yönəltdiyi yardım və imtiyazları geri götürməklə bir növ ölkədəki iqtisadi böhranlara qarşı “imunitet” yaratmağa çalışır. Trampın addımları radikal ama bir o qədər də effektivdir. Tramp tələsir, çünki yaxın zamanda onun rəhbərliyində Çinə qarşı böyük bir iqtisadi müharibə başlayacaq. Trampın Çinin əleyhinə qəbul etdiyi “gömrük vergilərinin artırılması” və “investisiya qoyuluşunun məhdudlaşdırılması” haqqında qərarlar fikrimcə bu müharibənin ayaq səsləridir.

Nicat İsmayılov

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
Hamısı