İsrail ordusu Qəzzanın şimalında yerləşən HƏMAS-a məxsus mövqelərə zərbə endirib.
Eurasia Diary xəbər verir ki, bu barədə İsrail ordusundan rəsmi açıqlama verilib.
Məlumata görə, İsrail aviasiyası Deyr əl-Bəlah bölgəsindəki limanı hədəf seçiblər. İsrail ordusu hücumla bağlı bütün məsuliyyətin HƏMAS-ın üzərinə düşdüyünü deyib.