Misir Azərbaycanı 2019-cu ilin 3-9 mart tarixlərində keçiriləcək III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalında iştirak etməyə dəvət edib. Eurasia Diary-nin verdiyi xəbərə görə, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim mətbuata açıqlamasında bildirib.
Səfir Adil İbrahim qeyd edib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində bu il keçiriləcək Beynəlxalq Festivala dəvət etməsini qərara almışdır.
Həmçinin cənab səfir 2015-ci ildən Şarm Əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında bir başa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnunluq duyduğunu bildirib.