Bu pula kinonu inkişaf etdirmək olmaz - Millət vəkili | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Bu pula kinonu inkişaf etdirmək olmaz - Millət vəkili

Mədəniyyət A- A A+

Mədəniyyətə diqqət artmalı, büdcədən bu sahəyə ayrılan vəsait azı 2 faiz olmalıdır.

Eurasia Diary kult.az-a istinadən xəbər verir ki, bu fikirləri parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O, deyib ki, 2016-cı ildə kino sahəsinə 65 milyon manat ayrılıb: “Bunun nəticəsində onlarla qısametrajlı filmlər çəkilib. Xatırladınm ki, Qazaxıstan “Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayırmışdı. Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikrimcə, bu vəsait artırılmalıdır. Cənab Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...