Gözündə bayraq daşıyan Qarabağ ayğırı HEYRƏTAMİZ GÖRÜNTÜLƏR

Mədəniyyət 16:27 09.01.2019

Almaniyada fəaliyyət göstərən “İG Karabagh and Eurasian horse breeds” (Qarabağ və Avrasiya at növlərinin dəstəklənməsi və inkişafı) təşkilatının prezidenti Verena Şolian, vitse-prezident Silke Ehrenberger və jurnalist Silke Dehe Azərbaycanda səfərdədirlər.

Verena Şolian əslən Almaniyadandır və bütün həyatı boyu atlarla maraqlanıb. 1990-cı illərin əvvəllərində o, Azərbaycanın Qarabağ atı cinsini özü üçün kəşf edir. Bu növün gözəlliyi və dözümlülüyü onu valeh etmişdi və 1994-cü ildən başlayaraq, özü Qarabağ atı cinsini saxlamağa və yetişdirməyə başlayır.

Onun təsis etdiyi qeyri-kommersiya təşkilatının bütün dünyada 40-a yaxın əməkdaşı var. Təşkilat Qarabağ yarış atlarının yetişdirilməsi, dəstəklənməsi və geniş auditoriyaya təqdimatı ilə bağlı fəal iş aparır. Bu sahədə tərəfdaşlarla birgə dünya miqyasında iş görülür. Son onilliklər ərzində “İG Karabagh and Eurasian horse breeds” təşkilatı Azərbaycanın Qarabağ yarış atlarının təmsil olunduğu bir sıra tədbir və sərgilər keçirib.

Təşkilatın Azərbaycandakı təmsilçisi Günay Rəhimbəylidir.

Bu, Azərbaycana ilk səfər deyil. Verena Şolian, Silke Ehrenberger və Silke Dehe Bakıya 10 dəfədən artıq səfər ediblər. Bu dəfə qonaqlar Azərbaycan Atçılıq Federasiyasının dəvəti ilə gəliblər.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Atçılıq Federasiyasında və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçiriblər.

Səfərin məqsədi Almaniyada gəaliyyət göstərən bu təşkilatın yetişdirdiyi Qarabağ atlarının pasportlaşdırılması məsələsinin müzakirə olunmasıdır.

Səfər çərçivəsində təşkilatın nümayəndələri, həmçinin Almaniyada fəaliyyət göstərən “Turan Atları” layihəsinin meneceri Murat Adıgüzel və Günay Rəhimbəyli ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar.

BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları salamlayıb və gördükləri mühüm işlərə görə onlara təşəkkür edib.

Görüş zamanı təşkilatın prezidenti Verena Şolian yetişdirdikləri atların çox sayda şəkillərinin əks olunduğu kitabı U.Mirzəyevə hədiyyə edib. O, kitabın məzmunu haqda qısa məlumat verib: "Kitabda gördüyünüz atların bəzilərinin adları Azərbaycan və türk sözləridir. Məsələn, "Sağol", "Salam", "İlkut", "Ağdam", "Şahin", "Sabah", "İpək". Bunlar Qarabağ, Quba və Ağdam atlarıdır.

Təmiz Qarabağ atlarının sayının azalması ilə əlaqədar biz ona qohum cinsləri axtarıb, onları cütləşdirməli oluruq. Hələ ki, biz Qarabağ atlarını Turan (Türk) və eləcə də, Kabardin atları ilə cütləşdirməyi uğurla həyata keçirmişik".

Görüşdə iştirak edənlərin hamısının diqqətini kitabın üz qabığında atın gözünün təsviri və orada Azərbaycan bayrağının əksini tapması çəkib. Və bu, fotoşop deyil!

Verena Şolian bunun əvvəlcədən planlaşdırılmadığını deyib: "Atın şəklini çəkdiyimiz zaman, yanında əlində bayraqla bir həmkarımız durmuşdu. Biz əvvəlcə bunu görmədik, çünki şəkil çox kiçik idi və yalnız böyüdüldükdən sonra bayrağı gördük. Bu, heyrətamiz və çox gözəldir".

Umud Mirzəyev qonaqlara belə bir gözəl hədiyyə üçün təşəkkür edib:

“Bu, mənim üçün həyatımda aldığım ən böyük hədiyyələrdən biridir. Bu vaxta qədər çox hədiyyələr almışam, amma hesab edirəm ki, bu, ən dəyərlilərindəndir. Mən Qarabağda böyümüşəm və bu atların necə atlar olduğunu, nə qədər dəyərli olduğunu bilirəm. Tanrının onları necə bir incəliklə yaratdığının fərqindəyəm. Sizin hər birinizə təşəkkür edirəm. Qarabağın təbiəti də, insanları da münaqişə anlayışından tamamilə uzaq bir mahiyyət daşıyırlar. Bizim Qarabağ insanları həmişə sülhsevər olub, insanları barışa çağırıb. Bu gün işğal altında olan torpaqlarımıza həmin münaqişə kənardan gətirilib. Düşünürəm ki, sülh Qarabağda yenidən bərqərar olacaq, inşallah. Siz də bu atların məskənində gəzəcəksiniz. Sizin bu işləriniz, fəaliyyətiniz də əslində sülhə xidmət edir”.

“Turan Atları” layihəsinin rəhbəri Murat Adıgüzel də U.Mirzəyevə xatirə hədiyyəsi verib. O, rəhbərlik etdiyi layihə barədə danışıb: “Biz Qarabağ atları ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Qırğızıstan atlarının cütləşməsindən aldığımız nəsli Turan atları adlandırmışıq. Hədəfimiz gələcəkdə daha çox Qarabağ atlarına da sahib olmaqdır. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan – hamısı öz millətimizdir. Azərbaycan isə mənim vətənimdir. Aramızdakı dostluq və qardaşlıq münasibətlərinin daha da sıx olmağını və hər zaman davam etməyini arzulayıram. Mənim ulu babalarım bu torpaqlarda canlarını verdiyi kimi, mən də öz qanımdan, canımdan keçməyə hazıram”.

Sonda qonaqlara hədiyyələr təqdim olundu. Xanım qonaqlar nəfis işlənmiş Azərbaycan milli geyim dəstlərini geyinib, xatirə şəkli çəkdirdilər. 

Qeyd edək ki, atçılıq bütün türk xalqlarına məxsus çox qədim mədəniyyətdir. Azərbaycanın qədim bölgələrindən biri olan Qarabağ qədim dövrlərdən xüsusi at növləri - "Qarabağ yarış atları" ilə şöhrət qazanıb. Qarabağ at növləri yüksək dağlıq şəraitdə dözümlüyü, sakit davranışı və tünd şabalıdı rənginə görə qiymətləndirilir.

1993-cü ilin avqustunda Ermənistan qoşunları Qarabağın işğalını həyata keçirərkən Ağdam atçılıq zavodunu ələ keçirmişlər. Lakin zavodun at baxıcıları şəhərin işğalına az qalmış Qarabağ atlarını buradan çıxarmağı bacarıb. İşğal illərində at baxıcıları bu cinsin bütün xüsusiyyətlərini qoruyaraq, Qarabağ atının yeni nəslini yetişdirməyə müyəssər olublar.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı