Dilçilik İnstitutu “Nəsimi ili”ndə hansı işlərin görüləcəyini açıqlayıb

Mədəniyyət 23:41 21.01.2019

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu “Nəsimi ili”ndə hansı işlərin görüləcəyini açıqlayıb.

İnstitutun direktoru Möhsün Nağısoylu "Report"a müsahibəsində deyib ki, 2019-cu ilin “Nəsimi” ili elan olunması olduqca əlamətdar və təqdirəlayiq bir hadisədir: “Bu, ölkə rəhbərliyimizin, elm, mədəniyyət və incəsənət xadimlərinə, dilimizə ədəbiyyatımıza verdi böyük dəyərin ən bariz nümunəsidir. Bu, bir ənənənin davamıdır. Bu ənənənin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevqoyub. Məhz Heydər Əlliyevin vaxtında İmadəddin Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirlər planına daxil edilib və ölkəmizdə geniş miqyasda qeyd edilib. Həmin tədbirlər çərçivəsində İmadəddin Nəsiminin əsərləri nəşr olunub, xarici dillərə tərcümə olunub. 1973-cü ildə Akademiyanın Dilçilik institutuna Nəsiminin adı verilib. 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldılıb. İmadəddin Nəsimi haqqında film çəkilib. Bütün bunlar ulu öndərin bizim ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Ölkə prezidenti İlham Əliyev də eyni ənənəni davam etdirir”.

Alim xatırladıb ki, bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir: “O, 1369-cu ildə anadan olub. İmadəddin Nəsimi 3 dildə əsərlər yazıb, amma ona dünya şöhrəti gətirən ana dilində yazdığı şeirləridir. Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi qəzəlin əsasını qoyub. Onun ən böyük xidmətlərindən biri Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi olub. Onun dilini bugünkü oxucu da rahat başa düşür”.

M.Nağısoylu deyib ki, müvafiq sərəncamdan sonra Dilçilik İnstitutu Nəsiminin bütün şeirlərinin sözlüyünü, yəni lüğətini hazırlamağa başlayıb: “Əvvəlcə biz elektron lüğət hazırlamağı düşünürük. Gələcəkdə isə kitab şəklində çap olunacaq. Nəsiminin haqqında ayrıca araşdırmalar toplusu nəşr etdirmək istəyirik. Nizami adına Ədəbiyyat institutu ilə bir yerdə “Nəsiminin söz dünyası, poetik dili, ədəbi irsi” adlı beynəlxalq konfrans keçirilməsi düşünürük. Konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq. Bu Nəsiminin təbliğinə böyük tövhə olacaq”.

Direktorun sözlərinə görə, institutda ədəbi dil tarixi şöbəsinin yanında “Nəsimi dil araşdırmaları qrupu” yaradılması nəzərdə tutulub: “Bu qrup Nəsiminin dilini hərtərəfli araşdıracaq. Həmçinin, İmadəddin Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var. Akademik nəşrlə birgə elmi-tənqidi mətnini də hazırlamaq olar”.

M.Nağısoylu qeyd edib ki, alimlərin Nəsimi irsinin təbliği ilə bağlı Azərbaycan rayonlarına səfəri nəzərdə tutulur: “Rayonlardadkı univesitetlərin filiallarında çıxışlar edəcəyik. Nəsiminin irsi ilə bağlı araşdırmalar aparan müəlliflər var. Həmin alimlərin rayonlara səfər etməsi olduqca vacibdir. Hətta növbəti tədris ilində ilk dərs gününün ilk dərsi İmadəddin Nəsimi yaradıcılığına həsr oluna bilər”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı