Məlum olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək ötən gecə Azərbaycana rəsmi səfərə gəlib.
Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM sədrini hava limanında görən məktəbli ilə Binəli Yıldırımarasında maraqlı və duyğulu anlar yaşanıb.
Belə ki, Yıldırımı görən Məhəmməd Taha adlı şagird sevincindən ağlamağa başlayıb.
Yıldırım isə şagirdi qucaqlayaraq öpüb, daha sonra birgə şəkil çəkdiriblər.