Rusiyanın aparıcı şəhərlərindəki hava limanlarını birləşdirən Beynəlxalq Hava Limanları Assosiasiyası MAA sərnişinləri qarşılamağa və ya yola salmağa gələnlərin hava limanlarına girişinə qadağa qoyulmamağa çağırıb.
Ednews “Kommersant” qəzetinə istinadən xəbər verir ki, sözügedən reqlament sentyabrın 1-dən qüvvəyə minəcək. Hava limanı administrasiyaları bildirirlər ki, tətbiqlə əlaqədar olaraq girişlərdə təhlükəsizlik riskləri yaradacaq növbələr yaranacaq.
Pis niyyətli insanların bilet alaraq hava limanlarına da gələ biləcəyinə diqqət çəkən idarələr, kafe və mağaza ziyarətçilərinin azalması səbəbindən qeyri-aviasiya gəlirlərinin 20-50 faizini itirəcəkləri barədə xəbərdarlıq edib.
Rusiya hökumətinin verdiyi 1605 saylı fərman 1 sentyabr 2024-cü il tarixindən etibarən bileti olmayan şəxslərin üçüncü səviyyəli mühafizəsi olan yerlərdə hava limanlarına daxil olmasını qadağan edir. “Kommersant” yazır ki, hazırda Moskva və Peterburq hava limanlarında üçüncü səviyyəli təhlükəsizlik tətbiq edilir.
Qəzetə açıqlama verən Nəqliyyat Nazirliyinin rəsmiləri müraciətin müvəqqəti olduğunu bildirirlər. Bununla belə, aeroport nümayəndələri qeyd edirlər ki, müvəqqəti olaraq da tətbiq edilən “üçüncü səviyyəli təhlükəsizlik” rejimi son bir ildə demək olar ki, hər iki həftədən bir işə salınıb.
Aeroport rəhbərliyi hər il təkcə Vnukovo hava limanından 4 mindən çox uşaq, qoca və əlilin müşayiətsiz uçduğuna diqqət çəkib.
Xəyal Ramiz