Avstraliyanın Sidney şəhərindəki Holsworthy kazarmasında əsgər otağına basqın zamanı uran tapılıb.
Ednews xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, mövzu ilə bağlı Müdafiə Nazirliyindən açıqlama verilib.
Açıqlamada Holsworthy Kışlasında tapılan “potensial təhlükəli” maddənin oradan çıxarıldığı və maddənin ordunun fəaliyyəti ilə bağlı olmadığı vurğulanıb.
Mənbələr basqın zamanı ələ keçirilən "az miqdarda" uranın təhlükəsizliyinin təmin edildiyini və hərbçilərin sözügedən maddəni internet üzərindən satın aldığını bildirib.
Xəyal Ramiz