"Ermənistan Qarabağdan şərtsiz çəkilməlidir, bu torpaqlar Azərbaycanındır" - Binəli Yıldırım | Eurasia Diary - ednews.net

22 Oktyabr, Bazar ertəsi


"Ermənistan Qarabağdan şərtsiz çəkilməlidir, bu torpaqlar Azərbaycanındır" - Binəli Yıldırım

Siyasət A- A A+
"Türkiyə tarixin hər bir vaxtında Azərbaycanın yanında olub. Azərbaycan dara düşən zamanlarda ilk yardım edən biz olduq. 100 il bundan öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Azərbaycanın imdadına gəldi. Türk millətinin qəhrəman övladları Azərbaycan Xalq Cümhuriyyətini istiqlalına qovuşdurmaq üçün canını fəda etdi. Həmin qəhrəmanlardan 1132-si bu torpaqlarda şəhid oldu. Bu səbəblərə görə də Türkiyədən sonra ən çox şəhidliyimiz olan ölkə Azərbaycandır”.
 
Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş iclasda deyib.
 
Türkiyə Böyük Millət Məclisinin sədri çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub:
 
"Dağlıq Qarabağ məsələsi həmişəlik həll olunmadan Qafqazda müharibə riskini aradan qaldırmaq mümkün deyil. Türkiyə ən başından Azərbaycanın gözlənti və tələblərini dəstəkləməkdədir. Ermənistan dövləti Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi Azərbaycan torpaqlarından şərtsiz çəkilməlidir. Bu torpaqlar Azərbaycanındır. Dünən də beləydi, əbədiyyən də belə olacaq”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...