“Qızlarbacarır” (#qızlarbacarır) sosial kampaniyası çərçivəsində UNICEF Azərbaycanda qızların böyük potensialı haqqında məlumat verən bir sıra informasiya materialları hazırlayıb.
Bununla bağlı videoçarx da hazırlanıb və burada əsas qəhrəman Reyhan Camalovadır. 15 yaşlı Reyhan öz innovativ çalışması olan “Reynerci” ilə dünyanın diqqətini cəlb edib və “Forbes”in “30 yaşdan kiçik 30 şəxs” siyahısına daxil edilən ən gənc azərbaycanlı olub.
#Qızlarbacarır kampaniyası 8 Mart Beynəlxalq Qadınlar Günü-ndə başlayıb və 11 oktyabr - Beynəlxalq Qızlar Günü başa çatacaq.