“ADA” Universitetində karyera həftəsi keçirilib FOTOLAR

Cəmiyyət 22:12 02.03.2017
Martın 2-də “ADA” Universitetində bu ali məktəbin Karyera Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə karyera həftəsinin yekun tədbiri keçirilib.
 
Yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən şirkət və təşkilatlar iştirak ediblər.
 
Karyera Hazırlıq Mərkəzinin rəhbəri Gülnur İsmayıl jurnalistlərə müsahibəsində bu cür yarmarkaların təşkilinin tələbələrin gələcək fəaliyyətlərində əhəmiyyətindən danışıb, “ADA” Universitetinin məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdıqlarını və belə tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğulayıb.
 
Bildirilib ki, Karyera Hazırlıq Mərkəzinin məqsədi tələbələri əmək bazarı ilə tanış etmək və eyni zamanda, onları gələcək peşə fəaliyyətinə hazırlamaqdır. Universitetin tələbə və məzunları üçün keçirilən karyera yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi daşıyır.
 
Qeyd edilib ki, gənclərin karyera qurmalarında və gələcək fəaliyyətində önəmli rol oynayan karyera yarmarkasında bu il 80-dən çox təşkilat və şirkət təmsil olunub.
 
İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə söhbətlər və məsləhətləşmələr aparıblar. Bundan əlavə, tələbə gənclər Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya əldə etmək imkanı qazanıblar.
 
Tədbir çərçivəsində əlaçı təqaüdçülər mükafatlandırılıblar.
 
“ADA” Universitetinin rektoru Hafiz Paşayev əlaçı tələbələri təbrik edib, onlara təhsildə və karyera yolunda uğurlar arzulayıb. Rəhbərlik etdiyi ali məktəbin nailiyyətlərindən söz açan rektor bildirib ki, “ADA” Universiteti Azərbaycanın gələcəyinə yönəlmiş kadrlar hazırlayır. Bu kadrların universitetin və ölkəmizin adını hər zaman uca tutacaqlarına əminliyini bildirən H.Paşayev onları gələcək nəsillərə nümunə olmağa çağırıb.
 
Hafiz Paşayev universitetdə təhsil alan iki minədək tələbənin arasından bu il 107 nəfərin ən yüksək nəticələr göstərərək fərqləndiklərini söyləyib, onlara daha əzmlə çalışmağı tövsiyə edib. O deyib ki, universitetlər dəyişən məşğulluq bazarı üçün müvafiq bilik və bacarıqların verilməsini təmin etməlidir. Bu, xüsusilə bilik iqtisadiyyatına nail olmaq istəyən Azərbaycan kimi ölkələr üçün çox vacibdir.
 
“ADA” Universitetinin prorektoru Fariz İsmayılov bu ali məktəbin Karyera Hazırlıq Mərkəzi tərəfindən təşkil olunan karyera həftəsi barədə məlumat verib, onun üstünlüklərindən söz açıb. Bildirilib ki, karyera yarmarkasının məqsədi gəncləri iş bazarının imkanları ilə tanış etmək, onların istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaq və tələbələrə karyeralarını qurmaqda kömək göstərməkdir.
 
“ADA” Universitetinin bu tədris ili üçün ayirdığı 3,5 milyon manat məbləğində təqaüd fondu hesabına bu ali məktəbdə yüksək akademik göstəricilərlə təhsil alan yerli və xarici gənclər, eləcə də sosial imtiyazları olan tələbələr təhsil haqqından azad olunublar.
 
Sərgidə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da təmsil olunurdu. 
 
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun stendinə böyük maraq vardı.
 
 Universitetin tələbələri xüsusilə, BAMF tərəfindən nəzərdə tutulmuş təcrübə proqramı, onun müraciət forması və perspektivləri ilə maraqlanıblar.
 
Qeyd edək ki, BAMF artıq bir müddətdir tələbələr üçün təcrübə proqramının həyata keçirilməsinə  başlayıb. 
 
Hazırda ADA-nın beş tələbəsi BAMF-ın ofisində təcrübəçi kimi fəaliyyət göstərir. Onlar gündəlik vəzifələrini yerinə yetirməklə yanaşı, iş qabiliyyətlərini artırmaq üçün bir sıra təlimlərdə və mütəxəssislərlə görüşlərdə iştirak edirlər. 
 
 
 
 
 

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
Hamısı