Avropa İttifaqı, BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırırlar

Cəmiyyət 12:25 24.05.2018
Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər. Əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilmişdir. Layihə 2020-ci ilədək davam edəcək. Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcəkdir. Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və daha çox Qlobal Məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını nəzərdə tutur. Əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə, hazırda yüksək keyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır.
Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan Hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir. Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.
 
Layihənin Gəncə regional komponentinə bu gün start verilərək beynəlxalq ictimaiyyət, yerli hakimiyyət orqanları, özəl sektor və yerli texniki peşə məktəblərinin müəllim heyətindən ibarət 60 nümayəndəni bir araya gətirən açılış mərasimi təşkil edilmişdir. Layihənin bu komponenti Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək. Onu da qeyd edək ki, layihənin açılış mərasiminə həm də hal-hazırda Azərbaycanda rəsmi səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqı Komissarlığının nümayəndə heyəti qatılmışdır. Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, “peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt” olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, “Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olduğu bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir”. Gəncə şəhərində aparılacaq layihə fəaliyyətlərinin nəticəsi olaraq, peşə təhsilinin beynəlxalq standartlara və spesifik sənaye tələblərinə cavab verməsini təmin etmək mümkün olacaq. Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin göstərdiyi xidmətlər həmçinin Gəncə şəhəri və ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa kömək edəcəkdir. Peşə təhsilinin inkişafı sahəsində strateji perspektivlərdən danışan BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti vurğulamışdır ki,“ölkədə peşə təhsili və peşə hazırlığı müəssisələrinin müasirləşdirilməsinə göstərilən davamlı dəstək uzunmüddətli potensialın artırılmasına və peşə hazırlığının struktur inkişafına yönəlməlidir.” 
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Hamısı