Qazimizdən xanıma Qarabağla bağlı möhtəşəm cavab - "Axırıncı Azərbaycan kişisi..." - VİDEO | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Qazimizdən xanıma Qarabağla bağlı möhtəşəm cavab - "Axırıncı Azərbaycan kişisi..." - VİDEO

Cəmiyyət A- A A+

Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

Eurasia Diary Baku.ws-ə istinadən xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.

Tədbir zamanı cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi də çıxış edib. Qazimiz xanımlardan birinin “müharibə olsa vuruşacağıq” sözlərinə cavab verib. Kamil "Axırıncı Azərbaycan kişisi ölməyənə qədər qadınlarımız döyüşə gedə bilməz" sözlərini söyləyib. 
 
Qazinin bu sözləri forumda iştirak edənlərin alqışları ilə qarşılanıb.   

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...