Azərbaycan şirkətləri 15 gün ərzində tikinti üçün icazə və 10 gün ərzində ekspertiza tələb etməyən daşınmaz əmlak obyektlərinin istifadəsinə icazə ala biləcək.
Eurasia Diary-nin məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev elektron sistemin təqdimatında deyib.
O bildirib ki, bütün bunlar elektron müraciət sistemi sayəsində mümkün olacaq.
A.Quliyevin sözlərinə görə, tikinti icazəsi üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə, icazə alınması üçün tələb oluna günlərin sayı 116-dan 18-ə, xərclər isə 6500 manatdan 1500 manatadək azalıb:
Aparat rəhbəri bildirib ki, elektron müraciət sisteminin tətbiq olunmasının əsas məqsədi bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, ümumilikdə prosesin sadələşdirilməsi və vətəndaşlarla məmurlar arasında əlaqələrin azaldılmasdır.
O əlavə edib ki, sistem həmçinin şəffaflığı təmin edəcək.