Eurasia Diary "CNN"ə istinadla xəbər verir ki, Nigeriyada “milli fəlakət” adlandırılan daşqınlar nəticəsində 100-ə yaxın insan həlak olub. Aramsız yağan yağışlar daşqınlara səbəb olub və minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Fəlakətdən ziyan görənlərə kömək etmək məqsədi ilə beş fövqəladə əməliyyat mərkəzi yaradılıb. Ölkə Prezidenti Muhammadu Buhari zərən çəkənlərə 8.2 milyon dollar dəyərində yardım paketi hazırlayıb.
Nigeriya hər il iyul-sentyabr ayları arasında yağışlar yağır və ölkə daşqınlara məruz qalır. Fövqəladə Hallar Nazirliyi zərər çəkən şəxslərə müvəqqəti sığınacaqlar hazırlayıb.