Məscid insidenti: terrorçunun erməni dilindəki qeydinə - İrəvandan reaksiya | Eurasia Diary - ednews.net

21 Mart, Cümə axşamı


Məscid insidenti: terrorçunun erməni dilindəki qeydinə - İrəvandan reaksiya

Dünya A- A A+

Ermənistan Xarici İşlər Nazirliyi Yeni Zelandiyadakı teraktla əlaqədar bu ölkənin hökumət orqanlarıyla əlaqədədir.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yeni Zelandiyadakı teraktda istifadə olunan silahın üzərində erməni dilində yazıların qeydə olunmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Yeni Zelandiyada iki məscidə hücum olub. Hücum nəticəsində 49 nəfər həlak olub. Hücumu həyata keçirən şəxs öz silahının üzərində erməni və gürcü dillərində qeydlər yazıb. Gürcü dilində olan qeydlərdə gürcü çarları David Aqmaşenbeli və çariça Tamarın həyat yoldaşı knyaz David Soslanın adları yazılıb. Erməni dilindəki qeyddə isə 1915-ci ildə baş tutan Sarıqamış qəhrəmanlığı yazısı həkk olunub. Bundan başqa qeyd edilən yazıların hər biri anti-türk və anti-müsəlman xarakterli olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...