Yaxın zamanlarda Rusiyada qubernatorların istefasının yeni dalğası başlayacaq.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Vedomosti” qəzeti yayıb. Qəzetin bir mənbəsi istefaların bu həftə sonu, digər mənbəsi isə bir az daha gec başlayacağını bildirib.
Kremlin eyni anda 6 qubernatoru vəzifəsindən azad edəcəyi vurğulanıb. Qovulanlar sırasında Murmansk, Orenburq , Çelyabinsk, Volqoqrad, Kalmıkiya vilayətlərinin, eləcə də Altay respublikasının rəhbələrinin yer alacağı qeyd edilib.
Qeyd edək ki, Rusiyada sonuncu dəfə qubernatorların kütləvi istefası 2017-ci ilin sonunda gerçəkləşib. Həmin vaxt 9 qubernator istefaya göndərilib.