Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp Suriyanın ərazisi olan, İsrail tərəfindən işğal edilmiş Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıyıb və bununla bağlı müvafiq sənəd imzalayıb.
Eurasia Diary virtualaz.org-a istinadən bildirir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin rəsmi mövqeyini açıqlayıb.
Peskov deyib: “Bu cür qərar birmənalı olaraq həm Yaxın Şərq tənzimlənməsi, həm də ümumi siyasi tənzimlənmə baxımından mənfi nəticələrə gətirib çıxaracaq. Bu, heç kimdə şübhə doğurmur. Əsas isə odur ki, bu, Vaşinqton tərəfindən beynəlxalq hüququn daha bir pozuntusudur. Şübhəsiz, Putin bu vəziyyəti Livanın prezidenti və Yaxın Şərqdəki digər tərəfdaşlarla müzakirə edəcək”.