Bu gün Pekində Beynəlxalq əməkdaşlığa dair ikinci "Bir kəmər, bir yol" Forumu işinə başladı. Forumun şüarl "Birgə səylərin effektiv əlaqələndirilməsi sayəsində qlobal tolerant və keyfiyyətli inkişaf"dır.
Eurasia Diary-nin verdiyi xəbərə görə, burada dünyanın 150-dən çox ölkəsindən 5000-dən çox insan və dünyanın 90-dan artıq beynəlxalq təşkilatı, o cümlədən BVF və BMT də iştirak edəcək.
Qeyd edək ki, ABŞ və KXDR-nin nümayəndələrinin forumda eyni vaxtda iştirak edir.
Forum 25-27 aprel tarixlərində keçiriləcək.