Cahangir Məmmədlinin 75 ili Dostları danışır

Analitika 14:41 26.01.2017

Bu gün Azərbaycanın dəyərli ziyalılarından, müəllimlərindən və jurnalistlərindən biri olan Cahangir Məmmədlinin 75 yaşı tamam olur. Müəllim ona görə dedim ki,  Azərbaycanda jurnalistika fakültəsində təhsil alan tələbələrin əksəriyyətinin formalaşmasında, söz sahibi olmasında Cahangir müəllimin seminarlarının, mühazirələrinin, elmi-metodik vasitələrinin rolu böyük olub.  Cahangir Məmmədlinin bu günkü şad günündə ən yaxın dostları ilə əlaqə saxladıq.  Cahangir müəllim üçün bir surpriz hazırladıq.

İlk növbədə Cahangir müəllimin sevimli tələbələrindən biri olan Azərbaycanın tanınmış jurnalisti, aparıcı mətbu orqanlarından biri olan “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlıdan müəllimi haqqında təəssüratlarını bölüşürük. Azərbaycan Mediasının digər tanınmış simaları da bizə Cahangir Məmmədli haqqında fikirlərini bildiriblər.

“Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı:

Картинки по запросу akif aşırlı

“Cahangir müəllim Azərbaycan jurnalistlərinin müəllimidir.  Bu gün peşəkar jurnalist heyətini təftiş etsək, görərik ki, bilavasitə Cahangir müəllim dərs deyib,  onların jurnalist kimi formalaşmasına,  püxtələşməsinə,  cəmiyyətdə yer tutmasına  Cahangir müəllimin çox böyük dəstəyi  olubdur. O,  eyni zamanda həm də mənim müəllimimdir. Cahangir Məmmədlidə mükəmməl bir müəllim obrazı var. O, həm Azərbaycan jurnalistikasının nəzəriyyəsi ilə məşğul olub, həm də  praktiki işlə məşğul olan çox azsaylı  peşəkarlardan, müəllimlərimizdən biridir.  İşiqlı bir insandır, həm də gənclərə yol göstərən, istiqamət verən onların qarşısına düşüb müəyyən qapıları döyən, yolaçan  bir şəxsiyyətdir. Hesab edirəm ki, Cahangir  Məmmədli Azərbaycan jurnalistikasına öz töhvələrini verəcək, bundan sonra da yeni nəsil jurnalistikasının formalaşmasında çox aktiv və fəal şəkildə iştirak edəcəkdir. Tanrıdan ona can sağlığı arzu edirəm,  sözü kəsərli olsun. Cəmiyyətdə barış ovqatının yaradılması üçün onun kimi şəxsiyyətlərə, insanlara həmişə ehtiyac var. Barış ruhlu bir insandır o ruhu daşıdığı üçün ona təşəkkür edirəm. Bir daha təbrik edirəm.”

 Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşov:

Картинки по запросу əflatun Amaşov

Cahangir müəliimin Azərbaycan jurnalisikasının inkişafında, yeni kadrların hazırlanmasında xidməti çox böyükdür.  Nəzəri baxımdan cox yaxşı müəllim olmaqla yanaşı yaxşı yoldaşdır, dostdur. Onunla  fövqəladə münasibətimiz var. Yaxşı ailə başçısıdır,  övladlarını sevir, tələbələrini övladları kimi sevir,  yoldaşlarını  sevir, onların uğurlarına sevinir. Ailəsinə bağlı insandır. Onun həyat yoldaşı vəfat edib və istəyi ilə Ağdamda dəfn edilib. Hər dəfə onu bayramlarda ad günündə ziyarət edir, Ağdama gedir.  Bunların hamısı onun necə insan olmağına bariz nümunədir.”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

Картинки по запросу Rəşad Məcid

“Son olaraq Cahangir müəllimlə  Qubada təlimdə olduq. Havanın qarlı, şaxtalı olmasına baxmayaraq o gənc ruhu ilə buradadır və Jurnalistikamızın problemləri barədə danışır. Gənclik enerjisi ilə o jurnalistikanı öyrənmək istəyənləri öyrətməyə hazırdır . Səmimi  insandır, dostluğa sadiq, öz əqidəsinə sadiq insandir. Biz ondan həmişə nümunə götürürük. Ona can sağlığı, xoş ovqat arzulayıram.”

Azərbaycan alimi, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü Muxtar İmanov:

Картинки по запросу muxtar imanov

Cahangir müəllimi jurnalistika sahəsinin dərin bilicisi, ziyalısı kimi mən əvvəldən tanıyırdım. Onu yazılarından tanıyırdım. Bəzi tədbirlərdə görmüşdüm. Naxçıvanda müdafiə işinə qulaq asmışdım və s. Daha çox onu İctimai Yayım Şurasının sədri olanda  onunla  daha çox ünsiyyətdə olduq, müzakirələr apardıq,  mübahisələrə qoşulduq, əksər hallarda 90 faiz mövqeyimiz üst-üstə düşdü.  Onun hadisələrə münasibəti çoxumuzdan fəqlidir. Dövlətçi adamdır. Dövlətçilik düçüncəsi ilə yaşayan insandır. Hadisələrə  dövlətçilik düşüncəsi prizmasından baxan bir ziyalıdır və xırda məsələlərin üstündən yuxarıya qalxmağı bacaran bir ziyalıdır. Təbiəti etibarilə insanpərvər,  ziyalını düşünən insandır, humanizm,  təbiətindəki yumşaqlıq,  vətənpərvərlik həmişə diqqəti cəlb edib. Bir üstün cəhəti də var ki, ürəyi genişdir. Baxmayaraq ki,  müəllimdir, universitetdə işləri  çoxdur, ictimai görüşləri çoxdur, dostları ilə bağlı dəyərli çıxışlar edir, onların yaradıcılığını izləyir. Öz tələbələrini çox istəyir, özünün yetişdirdiyi tələbələrə qayğıyla yanaşır. Ziyalılara çox önəm verir,  iki daşın arasında olsa belə, kömək lazım olsa, onu əsirgəmir. Ad gününü təbrik edirəm,  can sağlığı, uğurlar, ailə səadəti, yaradıcılıq uğurları arzulayıram. Ömrü buz baltası kimi möhkəm olsun. Canı sağlam olsun, böyük ilhamla yazsın yaratsın,  biz də ona baxıb ilham alaq.”

Əməkdar jurnalist  Flora Xəlilzadə:

Картинки по запросу flora xəlilzadə

Böyük məhəbbət və qürurla söyləmişəm ki, baxın, hansı tələbə müəlliminə "dədə”, müəllimi də ona "nənə” deyir? Sizin sadəliyiniz, mehribanlığınız, səmimiyyətiniz həmişə tələbələrinizlə aranızda bu cür mənəvi körpünü qura bilib. Bu qış ömrünüzün 75-ci pilləsinə qədəm qoyursunuz. siz bütün zamanlarda öz mərdliyinizi saxlaya bildiniz. Qəlbiniz yaxşılıq və nəcib hisslərlə doludur. Həmişə özünüz oldunuz! Dəyişmədiniz. Şöhrət sizə yaxınlaşdı, siz onun ardınca getmədiniz. Siz bütün tələbələrin məhəbbətini qazandınız.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev:

"Cahangir Məmmədlinin adı Azərbaycan camiəsində bir şəxsiyyət kimi qəbul olunur. Mən onunla tanışlığımın tarixçəsinin vaxtını deyə bilmərəm. Mənə elə gəlir ki, onu ən gənc yaşlarımdan tanıyıram. O  qədər doğma insanlardan biridir ki, insan onunla tanışlığının tarixçəsini danışa bilmir.  Cahangir müəllimlə görüşlərin hamısı hər bir insan üçün xatirəyə çevrilir.  Hər dəfə onunla görüşdükdən sonra yenidən görüşmək haqqında düşünürsən, telefonla danışanda da yeni bir enerji, yeni aura alırsan. Bu mənada Cahangir Məmmədli  ziyalılarımız arasında özünəməxsus yeri olan insanlardan birirdir. Jurnalistikanın  inkişafında xidmətlərindən danışılsa, gərək saatlarla danışıla. Onun yetişdirdiyi  tələbələrin sayı-hesabı yoxdur.  Azərbaycanda  jurnalistika sahəsində uzun illərdir çalışır,ömrünü elmə sərf edir.  Onun nə qədər öz tələbələrinə, həmkarlarına qarşı dəfələrlə nəvazişlə bir  böyük,  ata kimi yanaşdığının şahidi olmuşam. Eyni zamanda bizim ustad Şirməmməd Hüseynovla necə böyük kimi, tələbə kimi danışdığını görmüşəm, sərhəd gözlədiyinin şahidi olmuşam. İctimai sektorda da Mətbuat Şurasının, İctimai Yayım Şurasının formalaşmasında çox böyük  xidmətləri olan,  Azərbaycan dövlətçiliyinin yanında olan bir insandır. Onun fəaliyyətləri,  gördüyü  işlərlə bağlı kitablar yazmaq, saatlarla danışmaq olar. Dəfələrlə yol yoldaşı, tədbirlərdə iştirakçı olmuşuq. Həmişə öz yerini, məqamını  bilən,  başqalarına sayğıyla, diqqətlə  yanaşdığının şahidi olmuşam. Mən böyük ustada ad günündə çox səmimi təbriklərimi  çatdırıram, uzun ömür can-sağlığı arzulayıram. Biz onu çox sevirik!"

Biz də böyük Beynəlxalq Avrasiya Mətbuat Fondu ailəsi və Eurasia Diary analitik informasiya portalının kollektivi adından dəyərli müəllim Cahangir Məmmədlini 75 yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı və uzun ömür arzu edirik. Qələmi kəskin, sözü iti, ürəyi isə həmişə olduğu kimi böyük olsun!


Vüsalə Əlövsətqızı, Eurasia Diary 

 

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı