Tanınmış rus tarixçi-Qafqazşünası Oleq Kuznetsovun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün Rusiya Dövlət Dumasına və Federasiya Şurasına ünvanladığı petisiyanın hazırlanıb internetdə dərc edilməsindən bir həftə keçib. O erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifidir.
Oleq Kuznetsov Eurasia Diary-ə əsaslandırma və petisiyanın ilkin nəticələri barədə müsahibə verib.
O hesab edir ki, transmilli erməni terrorizmi qınanmaqla kifayətlənməməli, ona hüquqi qiymətləndirmə də verilməlidir.
Mən özümə bu barədə hesabat verirəm ki, fəaliyyətim Heydər Əliyev Fondunun uzun illər “ Xocalıya ədalət” kompaniyası çərçivəsində pardığı fəaliyyətlə müəyyən edilib.
Petisiya hazırlanandan bəri xüsusi informasiya, maliyyə, rəsmi dairələrin inzibati dəstək olmadan 8 min imza toplayıb. 50 və ya 100 min imza toplandıqdan sonra “xarici bazara” da çıxmaq mümkün olacaq ki, bu da xarici mətbuatın və ilk növbədə Rusiyanın diqqətini çəkəcək.
Xatırladaq ki, Petisiyada Xocalı soyqırımının törədilməsi haqqında əmrin Ermənistanın indiki prezidenti, həmin vaxt Dağlıq Qarabağda bütün qanunsuz silahlı birləşmələrin qərargah rəisi və separatçıların “özünümüdafiə qüvvələri”nin komitə sədri olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub.
Sənəddə bildirilir ki, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda azərbaycanlılara qarşı erməni transmilli terroru tərəfindən soyqırım törədildiyini tanıyıb: “Pakistan, Sudan, İsrail, Çexiya, eləcə də İslam Konfransı Parlament Assambleyası Xocalı hadisəsini insanlığa qarşı cinayət kimi tanıyıb. Rusiya Dövlət Dumasının deputatlarını öz xarici həmkarlarından nümunə götürməyə, erməni terrorçularının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı, bəşəriyyətə qarşı cinayəti tanımağa çağırıq”.
Petisiyanı bu www.change.org. keçidə daxil olaraq imzalamaq olur.