"İlkin ödənişsiz ipoteka krediti verilməsi mümkün olacaq"

Analitika 16:45 10.04.2017

Ekspertlərin fikrincə, mənzil bazarında qiymətlərin düşməməsi psixoloji amillərlə bağlıdır

Bir neçə gün öncə prezident İlham Əliyevin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək.

Bundan əlavə, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək. 

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı söyləyib ki, əvvəlki qaydalara bir qədər dəyişikliklər olunub: "Düşünürəm ki, dəyişikliklər əmlak bazarında əhəmiyyətli və nəzərə çarpacaq canlanma yaradacaq, əmlak bazarında aktivlik artıracaq. Bu, daha çox ipotekaya ayrılacaq vəsaitlərin həcmindən asılı olacaq. Hətta inanıram ki, gələcəkdə ilkin ödənişsiz sosial ipoteka verilməsi də reallaşacaq".

"İki il öncəki şərtlərlə indiki şərtlər arasında əhəmiyyətli dəyişikliklər mövcuddur. İpotekanın kreditləşməsinə dövlət tərəfindən daha çox vəsait ayrılarsa, bu da yaxın gələcəkdə mənzil bazarında kəskin aktivləşməyə gətirib çıxara bilər" — deyə ekspert əlavə edib.

Ekspert bildirib ki, yeni tikilən mənzillərdə satış qiymətlərini sahibkarların özləri müəyyən etdiyi üçün mənzil bazarında ucuzlaşma müşahidə olunmur: "Hal-hazırda mənzil alışına tələb azdır və normal olaraq mənzillərin qiymətləri aşağı düşməlidir. Amma ucuzlaşma baş vermirsə, deməli bu, psixoloji amillər, mental dəyərlərlə bağlıdır".

R. Osmanlı onu da qeyd edib ki, ipoteka kreditləşməsi əmlak bazarının qiymətinə cüzi təsir göstərə bilər. Onun sözlərinə görə, gələcəkdə mənzil qiymətlərində hansı dəyişikliklər olacağını öncədən demək çətindir.

Əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, ölkə prezidentinin ipoteka haqqında verdiyi sərəncamın əsas məqsədi "Azərbaycanda İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin verdiyi ipoteka-kredit şərtləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzillərinin satışı arasındakı şərtlərdə uyğunsuzluğun aradan qaldırılmasıdır: "2015-ci ildə İpoteka Fondunun şərtləri açıqlananda bildirilmişdi ki, minimum 15 faiz ilkin ödəniş olmalı və binalar tamamlanıb, təmirli halda çıxarış ("kupça" — red.) ilə satılmalıdır. MİDA-nın şərtlərinə görə isə, mənzil üçün 10 faiz ilkin ödəniş edildikdən, binanın tikintisinin 30 faizi başa çatandan sonra reysterdən alınmış çıxarış ilə satılması nəzərdə tutulurdu".

"Nəzərə alsaq ki, MİDA-nın də mənzilləri İpoteka Fondunun vasitəsi ilə satılacağı nəzərdə tutulurdu, bu zaman şərtlər eyni olmalı idi. Bu fərmanın da əsas məqsədi MİDA ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin şərtlərini eyniləşdirmək idi və bu, gerçəkləşdirildi" — N. İbrahimov bildirib.

"Yeni qərarın bazar qiymətinə təsiri olmayacaq. Sadəcə ipoteka şərtləri ağır olduğu üçün müraciət edə bilmirlər. Bu yeniliklər də şərtləri yumşaltmaq və daha çox insanın bu mənzillərdən yararlanmasına şərait yaratmaqdır. Gələcəkdə bazar buna hazır olduqca ipoteka şərtləri daha da yumşaldılacaq" — deyə ekspert əlavə edib.(sputnik.az)

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
Hamısı