"Netflix" yayım platforması ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə tərəfdaşlıq elan edib.
“EDnews” xəbər verir ki, bu barədə yayımçı "X"sosial şəbəkəsindəki səhifəsində bildirib.
Məlumata görə, bundan sonra "Netflix" kosmik raket buraxılışlarını və astronavtların kosmosa çıxışlarını yayımlamağa başlayacaq.
Həmçinin, bu yaydan etibarən Beynəlxalq Kosmik Stansiyadan (BKS) missiyanın gündəlik fəaliyyəti və Yerin kürəsinin mənzərələri də canlı yayımlanacaq.