"İnter" klubu "Qalatasaray"ın futbolçusunu transfer etmək üçün hərəkətə keçib.
“EDnews” xəbər verir ki, İtaliya A Seriyasının nəhəngi Barış Alper Yılmazın xidmətində maraqlıdır. İtalyan mətbuatında yer alan xəbərə görə, "İnter" türk futbolçu üçün təklif irəli sürüb. "Qalatasaray"ın Barış Alper Yılmaz üçün azı 35 milyon avro istədiyi bildirilib. Xəbərdə deyilir ki, Barış Alper Yılmazın “İnter”də oynaya biləcək istedadı var və futbolçu kluba uyğunlaşa bilər. Premyer Liqa və Almaniyadan da futbolçuya təkliflərin olduğu iddia edilib.
Ötən mövsüm "Qalatasaray"ın heyətində 48 matçda iştirak edən Barış Alper Yılmaz 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.