Rusiya Türkiyə üçün Afrində YPG-dən imtina edəcəkmi? ÖZƏL

Analitika 17:51 07.07.2017

2016-ci il ildə İŞİD-in Türkiyənin Suriya ilə sərhədindəki Kilis və digər şəhərlərinə etdiyi mərmi və minaatan hücumlarındann sonra avqust ayında Türk Silahlı Qüvvələri  "Fırat Qalxanı Hərəkatı" adını verdikləri əməliyyatla Azad Suriya Ordusu (ASO ) ilə birlikdə Azez-Cerablus zonasından başlayaraq 2017-ci ilin martında Əl-Bab'a çatdılar və regionu tamamilə İŞİD terrorçularından təmizləyərək həmin nöqtədə əməliyyatın başa çatdığını elan etdilər.

"Fırat Qalxanı Hərəkatı"nın Əl-Baba qədər irəliləməsinin səbəbi strateji olaraq əhəmiyyətli bir nöqtə olan şəhəri ələ keçirib İŞİD-in Rəqqa ilə əlaqəsini kəsmək, beləcə terror təşkilatının gücünü regionda zəiflətmək və məhv etmək idi. Digər tərəfdən, Türkiyənin, istəməsinə baxmayaraq, regionda daha irəliyə gedə bilməməsinin səbəbi isə ABŞ-ın YPG-yə verdiyi dəstək göstərilir. Türk ordusu hələ Əl-Bab ələ keçirilməzdən əvvəl YPG-nin əlində olan Mənbiçə də girməyi planlaşdırmış, ancaq ABŞ-ın həmin nöqtədə YPG-yə verdiyi hərbi dəstək səbəbiylə geri addım atmaq məcburiyyətində qalmışdı. Bu barədə Türkiyə ilə ABŞ-ın fikir və planlarının üst-üstə düşməməsi iki tərəf arasında bir böhran yaradıb. Xüsusilə, Türkiyə müttəfiqi olan ABŞ-ın Rəqqa əməliyyatını onlarla yox, YPG-nin liderliyindəki Suriya Demokratik Suriya Demokratik Qüvvələrinə (SDQ) verdiyi dəstəklə reallaşdırmasını böyük bir səhv olaraq görür. Rəqqa əməliyyatında YPG-yə ABŞ tərəfindən verilən silahlar da Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanıb.

"Fırat Qalxanı Hərəkatı"ndan əvvəl Suriya xəritəsi. Mənbə: suriyegundemi.com

Türkiyənin regiona hərbi müdaxiləsinin digər, bəlkə də əsas səbəbi isə YPG-ni öz sərhədlərində böyük bir təhlükə olaraq görməsi olaraq qeyd olunur. Çünki YPG-nin Türkiyə sərhədində olması " Türkiyənin bekası" olaraq adlandırılan milli təhlükəsizliyinə təhdid sayılır. "Fırat Qalxanı Hərəkatı"nın başlamasının digər bir səbəbi də YPG-nin Suriyanın qərbində sözdə elan etdiyi, ancaq Suriya hökuməti tərəfindən tanınmayan Afrin kantonu ilə, daha şərqdə yerləşən Kobani və Cəzirə kantonlarının birləşdirilməsinə icazə verməməkdir. Bu plan 2017-ci ilin mart ayından etibarən "Fırat Qalxanı Hərəkatı" ilə reallaşdırılmış görünür.

1 İyul 2017 Suriya xəritəsi. Mənbə: suriyegundemi.com

İndi isə keçək  son günlərdə irəli sürülən Türkiyənin Afrində başladacağı yeni bir əməliyyat iddialarına.

Afrində son günlərdə YPG mövqelərini vuran Türkiyə, bu nöqtəyə ASO ilə birlikdə yeni bir hərbi əməliyyat başlatmağı planlaşdırır. Başladılacaq əməliyyatın əsas səbəbi də son vaxtlarda Afrindən Türkiyəyə daxil olan YPG yaraqlılarının hücumlarının indi və gələcəkdə qarşısını almaq kimi xarakterizə edirlər. YPG-nin ASO-ya bu regionda hücumu Türkiyəni xüsusi olaraq narahat edir.

Digər tərəfdən, təxminən bir həftə əvvəl Türkiyənin “Milliyyət” qəzeti rus əsgərlərinin böyük bir qisminin Afrindən çıxdığını iddia edib. Rus tərəfi rəsmi olaraq təsdiqləməsə də Rus mediasından bəzi mənbələr bu inkişafı “Milliyyət” istinadən nəşr etdi. “Milliyet”də gedən xəbərə əsasən, rus qüvvələrinin böyük bir qismi Afrini tərk edərək Əsəd rejiminin nəzarətində olan Şiə qəsəbəsi Nubülə çəkilib. Qalan kiçik bir qrup kəşfiyyat zabiti isə əməliyyat başladığı zaman regiondan çıxacaq.

Lakin bu xəbərdən bir neçə gün sonra “Əl-Məsdər” qəzeti 150 rus əsgərinin 3 iyulda Afrində yerləşməsi xəbərini nəşr etdi. Rus əsgərlərin şəhərə daxil olması YPG-nin "Şəhidlər Xiyabanı" adını verdiyi yerdə təşkil edilən xatirə mərasimi ilə üst-üstə düşdü.

Mənbə: Əl Məsdər

Rus ordusu Afrində nə edir?

“BBC Türkçə”dən Onur Ərdəm, 16 May 2017-ci il tarixli 5 sualda YPG'nin ABŞ və Rusiya ilə əlaqəsi yazısımda  rus qüvvələrinin nə üçün Afrində olduğunu açıqlayır:

YPG spikeri Redur Xəlil 20 martda Rusiya ilə bir müqavilə imzaladıqlarını və bu müqaviləyə əsasən Rusiyanın Afrində yerləşəcəyini, rus ordusunun YPG döyüşçülərinə hərbi təlim keçəcəyini bildirmişdi. Bununla birlikdə Xəlil, Rusiya ilə birbaşa əlaqələrinin olmadığını qeyd etmişdi.

Rusiya Dövlət Başçısı Vladimir Putin isə 15 maydakı çıxışında Suriyalı Kürdləri silahlandırmaya ehtiyac durmadıqlarını, ancaq kürdlərlə əməkdaşlığa davam edəcəklərini söyləmişdi.

Təbii ki, bu iki qarşılıqlı açıqlamanı da nəzərə alsaq, Rusiyanın YPG ilə əlaqəsini tamamilə dayandıracağı çox real görünmür. Elə, Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova da dünənki çıxışında şərhdə bu sözləri deyib:

"Suriyanın indiki böhrandan sonra necə bir ölkə olacağını yenə bu xalqlar öz aralarında müzakirə edərək müəyyən etməlidir. Yeni Suriya konstitusiyasını birlikdə qəbul etməlidirlər. Bu prosesdə Suriyadakı kürd azlığı əhəmiyyətli faktorlardan biridir. Bu səbəbdən onların dikri də nəzərə alınmalıdır. "

Türkiyənin isə Rusiyanın YPG-yə qarşı bu rəftarına baxmayaraq, 'beka' prinsipini əsas götürərək Afrin əməliyyatını başlatması ehtimalı qüvvətlidir.

Rusiya Afrində necə güzəştə gedər?

Hər şeydən əvvəl Rusiya, Türkiyədən fərqli olaraq Suriyada çoxşaxəli müttəfiqlik strategiyası yeridir. Daha dəqiq desək, Rusiya regionda maraqları olan Türkiyə və İran kimi dövlətlərlə, həmçinin Əsəd hökuməti ilə tərəfdaşlıq edir. Bununla birlikdə, yuxarıda da qeyd etdiyimiz kimi YPG-yə müəyyən məslələrdə dəstək verir. Məsələni bu istiqamətdən şərh etsək, Rusiyanın daha böyük müttəfiqini itirməmək üçün bu regiondaə kiçik müttəfiq YPG-dən əl çəkə biləcəyini düşünə bilərik. Ehtimalları maddə-maddə qeyd etsək:

  • Rusiya Türkiyəyə S-400 mərmi müdafiə etmə sistemləri ötürülməsi barədə müqavilə üzərində razılığa gəldiklərini, lakin kredit məbləği barədə hələ də bir razılığın olmadığını bildirmişdi. Bu razılaşmanın təmin edilməsi üçün Suriyada əl-ələ hərəkət etmək böyük əhəmiyyət daşıyacaq.
  • Türk Axını layihəsi çərçivəsində Rusiyadan başlayıb Qaradəniz boyuTürkiyəyə köçürüləcək olan təbii qazın da bu müttəfiqlikdə böyük əhəmiyyəti var.
  • 2017-ci ilin yanvar ayəndan bu yana davam edən Astana danışıqları çərçivəsində əldə olunan Suriyada konfliktsizlik nöqtələri qərarı və bu çərçivədə rus və türk qüvvələrinin İdlibdə yerləşdirilməsi qərarı. Belə bir planın olduğunu Türkiyənin Prezident Aparatının Mətbuat Katibi İbrahim Kalın bundan təxminən iki həftə əvvəl açıqlamışdı.
  • Rusiyanın ABŞ-a qarşı reaksiyası. ABŞ keçən ay Rusiyanın əsas müttəfiqi Əsəd ordusunun təyyarəsini vurmuş və Rusiya buna sərt reaksiya vermişdi. Rusiyanın bu məsələyə görə ABŞ ilə əməkdaşlıq edən YPG-ni Afrində tək qoyması da ehtimallar daxilindədir.

 


Mirəli Mirhəşimli


Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO

Xəbər xətti

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Hamısı