Ermənistanda müharibə xofu şimal hədələri hədəfə dəyib

Analitika 10:51 18.08.2017

Moskvadan qəzəbli reaksiyalar düşmənin təlaşını artırıb; İşğalçı ölkə “2-ci Ukraynaya çevrilə” bilər; erməni politoloq: “Rusiya Azərbaycanı bizə qarşı yeni müharibəyə sürükləyir...”

Rusiya-Ermənistan müttəfiqliyi sınaqla üzləşib. Daha çox da rəsmi İrəvanın son vaxtlar Rusiyanı qıcıqlandıran addımlar atması, hətta xarici siyasəti şaxələndirmək istəyini ortaya qoyması, o sırada bir ayda Rusiya əleyhinə olan iki NATO təliminə qatılması, habelə noyabrda Avropa Birliyi (AB) ilə çərçivə sazişi imzalamağa hazırlaşması Ermənistanın öz ağasına qarşı riskli demarşları kimi qiymətləndirilir.

İşğalçı ölkə ilə bağlı bu gəlişmələr artıq Rusiyadakı Kremlə yaxın ekspertlər səviyyəsində də həm fiksə, həm də təhlil edilməkdədir. Ötən sayımızda qeyd elədiyimiz kimi, hətta məsələn, Rusiyadakı ermənipərəst “Regnum” agentliyinin baş redaktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Modest Kolerov Ermənistanın NATO-ya, Qərbə qarşı son gedişlərinə qəzəbli reaksiya verib - özü də 1in.am erməni saytına müsahibəsində.

Image result for Kreml


Bundan bir gün sonra isə Rosbalt.ru nəşri Ermənistanla bağlı böyük və daha sərt bir tənqidi məqalə dərc edib. Keçən sayımızda bu barədə yazmışıq. Həmin məqalədə İrəvanın Moskvaya sədaqəti şübhə altına qoyulur və o, açıqca hədələnir, “özünü yaxşı aparmazsa”, xarici siyasətdə bir neçə “stulda” oturmaq siyasətini davam etdirsə, Moskvanın onu Qarabağla cəzalandıra biləcəyi xüsusi vurğulanır.

***

Erməni siyasi şərhçilər də belə görünür ki, vəziyyətin fərqindədirlər. Musavat.com-un verdiyi xəbərə görə, bu xüsusda 1 in.am nəşrinin analitiki Sarkis Arsrunu yazır: “Rusiya Ermənistanın Gürcüstandakı NATO təlimlərində iştirakını həzm edə bilmir. Hətta bu iştirak Kremllin özü ilə razılaşdırılsa belə, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalarından və ABŞ-ın vitse-prezident Maykl Pensin Gürcüstana səfərindən sonra vəziyyət kəskin dəyişib. Bir neçə Rusiya nəşri Ermənistanın Rusiyaya sadiqliyini açıq-aşkar şübhə altına qoymağa başlayıb”.

Image result for Karabakh OSCE


Erməni politoloq bu yerdə Modest Kolerovin adını çəkir, onun məsələdə yetərincə sərt mövqe ortaya qoymasına və aşağıdakı sitatına bir daha diqqət yönəldir: “Kolerov deyib: ”Ermənistan özü deyirdi ki, NATO ilə həmrəylik içindədir. Ancaq bu həmrəylik Türkiyə və Azərbaycanla birgə iştirak fonundadır. Və əgər Ermənistan Türkiyə və Azərbaycanla birgə belə layihələrdə iştirak edirsə, bu, o deməkdir ki, Rusiya ilə birləşmiş qruplaşma ona lazım deyil. O zaman qoy İrəvan Türkiyə və Azərbaycanla barışmaq üçün NATO-nu çağırsın". Beləcə, rusiyalı məmurlara öz mesajlarını və ya hədələrini müvafiq auditoriyalara nəyin bahasına olur-olsun çatdırmaq taktikası xasdır... Deməli, “qoy İrəvan Türkiyə və Azərbaycanla barışmaq üçün NATO-nu çağırsın” ifadəsi ilə də Kolerov diplomatik şəkildə bizə işarə edir ki, NATO təlimlərində iştirak Ermənistana çox baha, hətta ola bilər ki, Qarabağda müharibə hesabına başa gələcək".

Erməni şərhçi məqaləsini bu sözlərlə bitirir: “Moskvada Azərbaycanın yeni müharibəyə başlaması üçün kart-blanş verməyə ”legitim" əsas tapıblar. Guya Ermənistan hakimiyyəti öz xarici siyasətini dəyişib. Yəni Kreml işarə vurur ki, əgər İrəvan NATO ilə əməkdaşlığa davam eləsə və ya hətta Alyansla yeni anlaşma imzalasa, o zaman bütün bunlar Azərbaycanı Ermənistana qarşı yeni bir müharibəyə sövq edə bilər - günah da Ermənistanın “qərbyönlü” hakimiyyətinin üzərində qalar".

***

Image result for Armenia Russia


Söz yox ki, Ermənistanı ram eləmək üçün Rusiya qədərindın artıq rıçaqlara malikdir. Onları sadalamağa lüzum görmürük. Daha biri isə az yuxarıda qeyd edildi - Kreml cəmi bir həftəliyə Qarabağ məsələsində neytral qalarsa, qarışmasa və işğalçı Ermənistanın arxasında durmayacağına işarə versə, Azərbaycan qısa zamanda işğal altındakı ərazilərin əhəmiyyətli bir hissəsini azad edər. Erməni tərəfini ən çox təlaşlandıran budur.


Bununla belə, erməni toplumunda anti-Rusiya ovqatı da var və hətta son vaxtlar güclənib. Bununla bağlı digər erməni politoloqu və şərqşünası Karine Gevorkyanın qeydləri maraqlıdır. Musavat.com onun fikirlərindən aşağıdakı sitatı təqdim edir: “Ermənistanda anti-Rusiya əhvalı ilə bağlı situasiya kritik nöqtəyə yaxınlaşır. Əgər Qərb ölkədə ən aktiv şəkildə fəaliyyət göstərirsə, Rusiya hakimiyyətin müttəfiq ölkələrin cəmiyyətləri ilə yetərli işləmir. Ermənistanda çoxlu sayda Qərb fondları və Amerika yönlü siyasətçilər var... Bu zaman üstəlik, ABŞ-dakı erməni icmasının təsir imkanları da nəzərə alınmır... Ermənistan elə Ukrayna kimi bir yerdir: burda da eyni şəkildə oliqarxlarla işləyir, cəmiyyətlə işləmirlər. Bizdə bircə Rusiyayönlü resurs, bircə Rusiyayönlü siyasətçi də yoxdur. Biz onların hamısını itirmişik. Ukraynadakı vəziyyətin oxşarı bizdədir və biz bu situasiya qırılma həddinə çatıb”.

***

Yuxarıdakı şərhlərdən də göründüyü kimi, Rusiya-Ermənistan müttəfiqliyi əslində özünün ən gərgin dönəmlərindən birini yaşayır. Bu dönəmin kulminasiyası isə yəqin ki, payızda Ermənistanın AB ilə çərçivə sazişi imzalayacağı tarix olacaq. Bir şey aydındır ki, müttəfiqlik sınağından itki ilə çıxacaq yeganə tərəf məhz işğalçı Ermənistan olacaq. (musavat.com)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı