Zəngəzur dəhlizinin çətin “yol ayrıcları” - ANALİTİKA

Analitika 16:35 19.03.2024

2009-2023-cü illərdə BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda ekoloji layihələrin rəhbəri, siyasi analitik, Çingiz Məmmədovun, "Непростые «Перекрестки» Зангезурского коридора" adlı məqaləsi çap olunub.

Ednews xəbər verir ki, bu, məqalədə Zəngəzur dəhlizinin həll perspektivləri, Türkiyənin regiondakı rolu, Azərbaycan - Ermənistan arasındakı sülh perspektivləri, Nikol Paşinyanın son çıxışları öz əksini tapıb.

Sözügedən məqaləni təqdim edirik:
 

Son zamanlar Azərbaycan-Ermənistan münasibətlərində müzakirə olunan əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin necə fəaliyyət göstərməsidir. Azərbaycan Ermənistanın nəzarəti olmadan yüklərin maneəsiz daşınmasında və Azərbaycan vətəndaşlarının ölkənin əsas hissəsi ilə Naxçıvan arasında keçidində israrlıdır. Ermənistan etiraz edir ki, daşınma və səyahət İranla olduğu kimi, yəni Ermənistan tərəfinin nəzarəti altında olmalıdır.

Ermənistan Azərbaycanın mövqeyini onun suverenliyinə qəsd kimi qiymətləndirir və soruşur ki, niyə Azərbaycan İran ərazisindən keçməklə eyni rejim məsələsini qaldırmır, əksinə Ermənistandan bunu tələb edir. Ermənistanın baş naziri Paşinyan bu arqumenti təkrarlayır və Qərb himayədarları ilə təmasda hər zaman bunu istifadə edir, onlardan maksimum dərəcədə dəstək almağa çalışır. Onun əsas tezisi ondan ibarətdir ki, Azərbaycan özünün hərbi-siyasi üstünlüyündən istifadə edərək “zəif” Ermənistanı məcbur etməyə çalışır, lakin “güclü” İran məsələsində özünü başqa cür aparır.

Yəni, gördüyümüz kimi, həm Azərbaycanın zəifləri “incitmək” cəhdində, həm də “ikili” standartlarda ittiham olunur. Bunlar isə cavab tələb edən kifayət qədər ciddi suallardır, ona görə də təhlilə ehtiyac var.

Yol xəritəsi

Zangezur-and-its-place-in-Turkic-Union-2-1024x613.jpg

Ermənistanın mövqeyinin əsassız olduğuna əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir. İran Araz çayının o tayındadır. Azərbaycanı Naxçıvandan ayıran İran deyil, Zəngəzurdur və bu hissə, hazırda Ermənistanın nəzarətindədir. Yəni bu vəziyyət özlüyündə həm qəribə, həm də anormaldır ki, bir ölkənin iki hissəsi digər dövlət tərəfindən bir-birindən ayrılıb.

İran Azərbaycanın bütün regionda nüfuzunun güclənməsinin qarşısını almaq üçün həmişə Ermənistana gizli dəstək versə də, Ermənistandan fərqli olaraq Azərbaycanın iki hissəsi arasında birbaşa əlaqənin olmamasına görə heç bir hüquqi məsuliyyət daşımır. Azərbaycanın SSRİ dövründə “bölünməsi”, müstəqilliyini bərpa etdikdən sonra otuz il ərzində ərazisinin 16-17 faizinin işğalı Rusiya (SSRİ və Rusiya Federasiyası) tərəfindən Ermənistanla birlikdə həyata keçirilib.

Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra onun ərazisində çoxsaylı etnik-ərazi münaqişələrinin qarşısını almaq üçün beynəlxalq konsensus(razılaşma) belə idi ki, ittifaq respublikalarının inzibati sərhədləri yeni müstəqillik qazanmış dövlətlərin dövlət sərhədlərinə çevrilməlidir. Beləliklə, kifayət qədər mübahisəli, millətlərarası anlaşılmazlıqlar və münaqişələrin həlli yolları Sovet İttifaqının kommunist rəhbərliyi tərəfindən “leqallaşdırıldı”.
Beynəlxalq hüquq və beynəlxalq reallıqlar.

Qeyd edək ki, Ermənistan otuz ildir ki, Azərbaycan ərazisinin 16-17 faizini, təcavüz və işğal yolu ilə Azərbaycan arasındakı sərhədlərlə bağlı bu beynəlxalq konsensusdan faktiki olaraq imtina edib. İndi Azərbaycanın Ermənistana qarşı bir ayna kimi davranmaq üçün qanuni hüququ var. Müttəfiqlərin İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra təcavüzkar Almaniyaya qarşı belə edilib.

Amma biz təkcə beynəlxalq hüquqi sənədlər deyil, həm də beynəlxalq reallıqlar dünyasında yaşayırıq. Amma reallıq ondan ibarətdir ki, otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə “mübahisəli” deyən, onların işğalına və tam talanına göz yuman həmin qüvvələr və dövlətlər indi Ermənistanın ərazi bütövlüyü ilə bağlı çox “həssas”dırlar. Zəngəzurun Azərbaycana məxsus olması, azərbaycanlıların məskunlaşması və sonradan yerli əhalinin zorla köçürülməsi ilə Ermənistana zorla köçürülməsi faktının hər hansı qeyd edilməsi Ermənistan və onun havadarları tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəbul edilir.

Azərbaycan və Ermənistanın mövqelərinin asimmetriyası

Azərbaycan bu reallıqla hesablaşmaq məcburiyyətindədir və elə də edir. Amma onun da öz potensialı çərçivəsində öz maraqlarını qorumaq üçün tam hüquqi və mənəvi haqqı var. Əgər hərbi üstünlük ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verirdisə, indi Azərbaycanın iqtisadi üstünlüyü və coğrafiyası ona Zəngəzura münasibətdə öz maraqlarını beynəlxalq hüquq normalarına tam uyğun şəkildə müdafiə etməyə imkan verir.

Azərbaycan öz mallarının maneəsiz daşınmasında, vətəndaşlarının Zəngəzur dəhlizindən keçməsində nə qədər maraqlı olsa da, bu, onun üçün mütləq bir zərurət məsələsi daşımır. Ələxsus, Gürcüstan üzərindən kommunikasiyalar var və artıq İran vasitəsilə də əlaqələrin qurulması planlaşdırılır, hansı ki, o, Azərbaycana “təzyiq” etmək, onu “qısa ipdə” saxlamaq uğursuz cəhdlərindən sonra reallıqlarla barışmağa məcbur oldu.  Hansı ki, bunlar Azərbaycanın gücünü və təsirini faktiki olaraq tanımaq, münasibətlərin son vaxtlar pisləşməsindən “təəssüf hissini” ifadə etmək və onların yaxşılaşdırılmasında maraqlı olduğunu göstərməklə görüldü.

Ermənistan tamam başqa vəziyyətdədir. Azərbaycanın iki hissəsinin Ermənistan tərəfindən parçalandığı şəraitdə yaranmış anormal situasiyaya görə öz tarixi və hüquqi məsuliyyətini inkar edərək, Azərbaycanın öz mallarını və vətəndaşlarını Zəngəzur dəhlizi ilə sərbəst daşımasına icazə verməklə bu absurd vəziyyəti qismən də olsa düzəltməyə razı olmayaraq, Azərbaycanı, Türkiyə - Ermənistan və Azərbaycan – Ermənistan arasında bütün kommunikasiyaların bloklanmasına məcbur edir. Bu, Azərbaycanın suveren hüququdur ki, öz ərazisində öz milli maraqlarına uyğun olan rabitə rejimini yaratsın.

Azərbaycandan fərqli olaraq isə Ermənistan üçün kommunikasiya məsələsi çox vacibdir. Ermənistanın ən uzun sərhədləri onun Azərbaycan və Türkiyə ilə sərhədləridir. Bundan əlavə, əsas marşrut xətti bir vaxtlar fəaliyyət göstərən, lakin son 35 ildə Ermənistan üçün bağlı olan bu iki ölkədən keçir.

Əgər Azərbaycan üçün beynəlxalq reallıq Zəngəzurun Ermənistanın tərkibində qalmasıdırsa, Ermənistan üçün beynəlxalq reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün maneəsiz istifadəsinə verməmək, Ermənistan və Azərbaycan arasında tam sülhün mümkünsüz olmasına səbəbdir.

Türkiyənin regional güc kimi müstəqil xarici siyasəti 

Şübhəsiz ki, İrəvan üçün Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistan-Azərbaycan sərhədinin açılmasından daha vacibdir. Bu, qərbə, Türkiyənin böyük bazarına, Balkanlara və Avropaya çıxışdır. Vaxtilə Ermənistanın Qərb himayədarları Türkiyəyə təzyiq göstərərək, onu öz milli maraqlarına zidd hərəkətlərə məcbur edə biliblər. Lakin Qərbin Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün iqtisadi, siyasi, hətta hərbi rıçaqlardan istifadə edərək uğursuz cəhdlərinin göstərdiyi kimi, Türkiyə artıq Qərbin ona təzyiq göstərə biləcəyi və öz maraqlarına zidd hərəkət etməyə məcbur edə biləcəyi həddi çoxdan keçib. və Azərbaycan kimi təbii müttəfiqin maraqları.

Görünür, Qərbin Türkiyəni Azərbaycanla razılaşmadan, Ermənistan-Türkiyə sərhədini açmağa “razı salmaq” üçün son cəhdləri – ABŞ dövlət katibi Blinkenlə Türkiyənin xarici işlər naziri Fidanın danışıqları, Ermənistan-Azərbaycan üzrə xüsusi nümayəndə Lui Bono bölgəyə səfərləri də məhz bundan ibarətdir.

Uzunmüddətli perspektivdə Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk Dövlətləri Təşkilatı üçün çox önəmli olsa da, çətin ki, ABŞ və Avropa Türkiyəyə imtina edə bilməyəcəyi bir təklif verə bilsin. Zəngəzur Türk Dövlətləri Təşkilatına uzunmüddətli perspektivdə lazımdır, lakin bu zaman istəyir.

Ermənistan üçün artıq qərar qəbul etmək vaxtı gəlib. Əgər Ermənistan öz imkanları ilə iştahını tarazlamamağa israr edərsə, çox güman ki, ortamüddətli perspektivdə özü üçün daha əlverişsiz şəraitdə Zəngəzur üzərində nəzarəti“itirəcək”, Ermənistanın regionda dövlət kimi rolu daha da zəifləyəcək.  

Ermənistan israr etsə, bundan sonrakı irəliləyişlərdən, indiki kimi bloklanmış vəziyyətdə qalacaq. Bütün qərbpərəstliyə baxmayaraq, iqtisadiyyatı zəifləyəcək, sosial problemlər, siyasi gərginlik və emiqrasiya artacaq. Zəngəzur dəhlizi açılmasa, Paşinyanın “dünyanın kəsişməsi” konsepti çıxılmaz vəziyyətdə qalacaq.

Paşinyanın öz “başı” ilə mübarizəsi

Paşinyanın son müsahibələri və çıxışları göstərir ki, o, real vəziyyəti aydın görür. Lakin həm erməni kollektiv şüurunun bir hissəsinə çevrilmiş, həm ötən əsrlər boyu kənar qüvvələr tərəfindən yedizdirilən erməni mifləri, həm də eyni qüvvələrin eqoist maraqları, Ermənistandan öz maraqları üçün istifadə etməkdə davam edin.zəmin yaradır. 

İki paralel proses gedir. Birincisi, erməni kollektiv şüurunun tədricən sağalması prosesidir ki, bu da cəmiyyətə və onun elitasına işlərin təhrif olunmuş vəziyyətini deyil, reallığı görməyə və çətin, lakin düzgün qərarlar qəbul etməyə imkan verəcəkdir. İkincisi, Ermənistanda ictimai-siyasi vəziyyətin davam edən pisləşməsi prosesidir ki, bu da ciddi nəticələrlə doludur. Ermənistanın Rusiyadan Qərbə kəskin dönüşü əlavə risklər ortaya çıxarır, hansı ki, onun gözləntilərini doğrultmayacaq.

Cəmiyyətə açıq şəkildə Ermənistanın bir dövlət olaraq mövcudluğunu, Rusiyaya borclu olduğunu, Rusiyanın Ermənistana xəyanət etmədiyini, sadəcə olaraq, onu əvvəlki kimi dəstəkləmək iqtidarında olmadığını söyləmək əvəzinə, köhnə sevgi nifrətlə əvəz olunub.. Erməni elitası bütün problemlərdə Rusiyanı günahlandırır və Qərbin regionda hər şeyə qadir olması haqqında yeni mif yaradır, bununla da erməni kollektiv şüurunun sağalması prosesini daha da çətinləşdirir. Əgər İkinci Qarabağ müharibəsi və Rusiyanın Ukraynaya təcavüzünə qədər “rus-erməni” və “qərbi erməni” diasporları bir yerdə fəaliyyət göstərirdilərsə, indi onların arasında mövcud ideoloji-siyasi qarşıdurma ermənilərin şüuruna əlavə çaşqınlıq gətirir. Miflərdən qurtulmaq əvəzinə, bəzi miflərin başqaları ilə əvəzlənməsi prosesi gedir. Reallıqlara göz yumulur, yalan ümidlər bəslənir, Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün isə zaman itirilir. 

Paşinyan bacarıqlı “balanslaşdırıcı”dır, amma kursu balanlaşdırmaq üçün onun kifayət qədər resursu və vaxtı varmı? 

Paşinyanın hakimiyyətdə qala bilməyəcəyini və Zəngəzur dəhlizinin təhlükəli “yol ayrıcından” Ermənistan adlanan gəmini idarə edib – edə  bilməcəyini yaxın gələcək göstərəcək.

Tərcümə etdi: Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı