Metsamor AES... Saf olmayan niyyət, erməni təkəbbürü və qorxulu beynəlxalq sükut Mahmud Səəd Diyab

Analitika 17:16 21.08.2017
Ermənistanda Metsamor AES-in yerləşdiyi coğrafi mövqe
 
Qafqaz və Mərkəzi Asiya bölgəsi dövlətlərindən biri olan Ermənistan tarix boyu Azərbaycanın sülhsevər xalqına və o cümlədən, dinc əhaliyə qarşı genosid və başqa cinayətlər törətməklə  kifayətlənmiyib nüvə seçimi etmiş,   Azərbaycan silahlı qüvvələrinin artan qüdrəti qarşısında  tab gətirmək üçün atom silahına sahib olmaq iddiasına düşmüşdür. Belə ki Azərbaycan hökümətinin hərbi xərcləri Ermənistanın dövlət büdcəsinin ümumi məbləğindən dəfələrlə artıqdır.
 
Beynəlxalq vasitəçilərin Yerevanı dinc atoma malik olub onun imkanlarından başqa ölkələrdə olduğu kimi xalqın rifahı və inkişafı üçün istifadə erilməsinə inandırmaq səyləri nəticəsiz qaldı. Ermənistan öz nüvə obyektinin imkanlarından sülh məqsədləri üçün deyil ,  qonşu dövlətə  qarşı təcavüzkar, işğalçılıq və qəsbkarlq siyasəti yeridərək onun ərazisinin böyük bir hissəsini işğal altında saxlamaq üçün istifadə etmək yolunu seçmişdir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan ərazisində meydana  gələn, heç Ermənistanın özü tərəfindən belə  tanınmayan Dağlıq Qarabağ Respublikası adlı qondarma qurum regionda sülh və əmin-amanlıq üçün davamlı təhlükə mənbəyinə çevrilmişdir.
 
Lakin bununla yanaşı, Ermənistanda bütün bölgə əhalisini daha böyük və dəhşətli bir təhlükə qarşısında qoyan başqa bir mənbə də vardır ki, bu da Türkiyə sərhədlərinə yaxın mövqedə yerləşən və dünyada ən təhlükəli nüvə obyekti hesab edilən  Metsamor Atom Elektrik Stansiyasıdır.  Belə ki onun istifadə limiti çoxdan bitmiş hesab olunur.  
 
Metsamor AES Türkiyənin  şərqində yerləşən İqdır vilayətinin sərhəddində, Ağrı dağla Ermənistandakı Alagöz dağları arasında tikilmişdir. İstismar müddəti bitən bu stsnsiya Anadollu dağ silsiləsinin şərq hissəsində seysmik aktiv bir zonada inşa edildiyindən 1988-ci ildə zəlzələ nəticəsində zərər çəkmişdir və həm də könəlmiş texnologiyalar əsasında işləyir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik- MAQATE –nin və Avropa İttifaqının bəyanatlarında göstərilir ki, 1970-ci ildə inşa edildiyi vaxtdan etibarən Metsamor ən çox təhlükəli atom stansiyası sayılır. Bununla o, həm Ermənistanın özü, həm də Azərbaycan, Gürcüstan, Türkiyə  və İran üçün bir başa təhlükə qaynağıdır.  Keçmiş Sovet İttifaqındakı Çernobıl və yaxın dövrlərdə Yaponiyada baş vermiş Fukusima qəzalarından sonra Metsamor AES-in bağlanması barədə tələblər də artmışdır.
 
Ən təhlükəli də budur ki, ağır social-itisadi vəziyyətdə olan Ermənistan işlənmiş uranı həm xarici ölkələrə ixrac  edə və ya xüsusilə  İŞİD, Nüsrət cəbhəsi,  Somalidəki  ”əl-Şəbəb”  və s. kimi transmilli terror təşkilatlarına sata bilər.  Əgər ermənilər bu işdə xeyir görsələr əllərindəki uranı lap elə Şeytanın özünə də sata bilərlər. Dünya Bankının son hesabatına  görə, Ermənistan vətəndaşlarından 37% yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar. Həm də Qafqaz bölgəsi sərvət axtaran macəra sahiblərilə doludur, onları həbs cəzaları belə qorxutmur. Bu baxımdan Ermənistan uran əldə etmək istəyən terrorçu təkfkirçi dəstələrin diqqət mərkəzində durur. 
 Bu təhlükənin reallığına sübut kimi 2016-ci ilin may ayında bu ölkənin Gürcüstanla sərhəddində qiyməti 200 min dollar olan işlənmiş uranı  qaçaq yolla xaricə aparmaq istəyən üç ermənin saxlanmasını göstərmək olar. Onlar Tbilisi məhkəməsinin qərarı ilə 10 il müddətinə həbs edilmişlər.  
Bu bu qəbildən olan yeganə hadisə deyildir Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü Şota Otyaşvilinin verdiyi məlumata görə, ermənilər Gürcüstan torpaqlarından qeyr-qanuni ticarət əməliyyatlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Bundan ələvə, rəsmi sözcü öz bəyanatından bidirmişdir ki, 2010-cu ildə qatarla külli miqdarda radioaktiv maddəni Gürcüstan vasitəsi xaricə aparmaq istəyn, biri iş adamı, o biri isə kimyaçı olan iki erməni saxlanılmışdır. 
2016-cı il ərzində Cənubi Qafqazda aparılan müşahidələr yüksək radioaktivliyə malik uran 238 maddəsinin bölgədən qaçaqmalçılıq yolu ilə çıxarılmasına yönəlmiş çoxsaylı cəhdlərin qarşısının alındığını göstərir. Bundan əlavə yüksək səviyyəli radioaktivliyi ilə seçilən Seziy maddəsinin də qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmağa cəhd edən qruplar saxlanılmışdır. Həm də bütün bu cinayətkar fəaliyyət gərginliyin hökm sürdüyü, çoxlu nəzarətsiz  ərazilərə malik bir regionda baş verir. Belə ki Azərbaycan və Gürcüstanda Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya kimi separatçı rejimlərin nəzarəti altında olan bölgələr vardır, məhz bu “qaranlıq nöqtələrdə” hər cür cinayət əməlləri üçün münbit şərait yaradılmışdır.
MAQATE-nin rəsmi məlumatında göstərilir ki, Ermənistan nüvə və başqa radoiaktiv maddələrin qeyri-qanuni ticarəti sahəsində rekord nəticələrə malikdir. Bu məlumatlar Ermənistan-Gürcüstan sərhəddində ikinci minilliyin əvvəllərindən bəri aşkara şıxarılmış və qarşısı alınmış qaçaqmalçılıq  hallarına əsaslanır. 
 
Ermənistan prezidenti 2016-cı il boyu verdiyi bəyanatlarda açıq şəkildə ölkəsinin böyük nüvə potensialına sahib və onu inkişaf etdirmək niyyətində olmasını  etiraf etməsi heç kəs üçün sirr deyildir.  Amma nə MAQATE, nə də BMT bu cür təhlükəli bəyanatlara reaksiya verir. Halbu ki İraqla əlaqədar olan eyni hadisə zamanı heç kəs sakit dayanmadı, bu ölkəyə  bölgəni nüvə təhlükəsilə hədələyən Səddam Hüseyndən xilas etmək üçün hərbi müdaxiləyə rəvac verildi. Biz hələ belə bir təhlükəli fəaliyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi və Azərbaycanın ümumi ərazisini 20%-nin qonşu dövlət tərəfindən işğal olunmasını demirik. Həm də Azərbaycan tərəfi radioaktiv tullantıların böyük bir hissəsinin məhz bu torpaqlarda dəfn edilməsi, zəhərli suların Kür və Araz çaylarına axıdılması barədə dəqiq məlumatlara malikdir. 
 
Həm də demək lazımdır ki, Ermənistanın nüvə fəaliyyətinə Rusiya tərəfi böyük yardım göstərir və Ermənistanda elektrik enerjisinin 40%-ni təmin edən AES-in fəaliyyətini nəzarət altında saxlayır. MAQATE həmçinin bildirir ki, separatçı Cənubi Osetiya ərazisi radioaktiv maddələrin  əsas tranzit  məkanıdır. 
 
Hələ 1967-ci ildə Sovet İttifaqında köhnəlmiş texnologiyalar əsasında tikilmiş Metsamor AES paytaxt Yervandan 40 km. aralıqda yerləşir. Onun birinci enerji bloku 1976 və ikincisi 1980-cı ildə işə salınmışdır.  Sovet rəhbərliyi üçüncü  və dördüncü blokları  da istismara buraxmağı planlaşdırırdı ki, 1986-cı ildə Ukrainada baş vermiş Çernobıl qəzası buna mane oldu. Enerji bloklar 1989-cu ildə güclü zəlzələdən sonra  tamamilə  dayandırıldı. Lakin 1993-cü ildə bu bloklar yenidən işə salındı.
 
Coğrafi məlumatlar göstərir ki, bu AES Aəzrbaycan  və Gürcüstan sərhələrindən 120 km., İran sərhəddindən 60 km. və  Türkiyə sərhəddindən cəmi 16 km. məsafədə yerləşir. Bu stansiyanın qəza təhlükəsi Rusiyanı da, Orta Asiya ölkələrini , Asiya qitəsinin cənubunda və cənub şərqində,  Xəzər və Qara dəniz hövzələrinidə  yerləşən regionları da əhatə edir.
 
Metsamor AES-in nüvə turbinləri həm köhnəlmiş bir texnologiya ilə işləmələri, həm istismar müddıtini çoxdan başa çatması və həm də, xüsusilə, seysmik aktiv bir zonada yerləşməsinə görə bütün region üçün və həmçinin bütün dünya üçün təhlükə mənbəyidir. Bu bölgədə Rixter cədvəlilə 11 bal gücündə zəlzələ baş verə bilər, bu stansiyanın yaxınlığından 5 tektonik yarığ xətti keçir,onalrdan biri isə onun 500 metrliyində yerləşir. 1988-ci il Spitak zəlzələsi təhlükənin səviyyəsini göstərir və əlavə olaraq deyilməlidir ki, Metsamorda təhlükəsizlik tədbirləri çox zəifdir. Stansiya rəhbərliyi  on minlərlə insanın həyatına bais ola biləcək bu təhlükəyə qarşı biganə bir mövqe tutmuşlar.  Hələ sovet dövründə 1982-ci ilin oktyabrın 15-də stansiyada baş vermiş güclü yanğının 7  saat keçəndən sonra qarşının alınması zamanı yaşanan çətinliklər nəzərə alınmır.  

Ərəb dilindən tərcümə edən,  fəlsəfə doktoru  Zakir Qasımov

 

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Hamısı