Xaricdə ali məktəb seçərkən nələrə diqqət etməli?

Analitika 21:26 05.09.2017
Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb.
 
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev açıqlamasında bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb. İdarə rəisi qeyd edib ki, bu da rəqəmlə 900-ə yaxın vətəndaşın diplomunun tanınmaması deməkdir: "İmtinanın səbəbləri əsasən vətəndaşların tədris dilini bilməməsi, öz ixtisasından heç bir məlumatın olmaması, eləcə də daxil olan sərhəd məlumatına əsasən verilmiş imtinalar, ixtisasların təhsil pillələri üzrə uyğunsuzluğu və digərləri daxildir. Təhsil müəssisələrini uğurla bitirən 60 faizdən çox şəxsin diplomları isə ölkədə tanınıb”.
İdarə rəisi vurğulayıb ki, Azərbaycanın təhsil müəssisələrində keyfiyyət artdıqca xarici ölkələrə axın daha çox olacaq: "Lakin bizim vətəndaşlar anlamalıdır ki, xarici ölkəyə əsasən daha fərqli və yaxşı təhsil arxasınca getməlidirlər. Yalnız diplom əldə etmək məqsədilə xarici ölkəyə gedilən təhsilin nəticəsində həmin şəxsin diplomunun tanınmasında əngəllər yaranır. Nəticə etibarilə ictimaiyyətə bu rəqəmlər çatdırılır, orta məktəb məzunlarına daha diqqətli olmaları tövsiyə edilir. Ölkə üçün daha prioritet və vacib sahələrin seçilməsi onların gələcəkdə işlə təminatı, lazımi ixtisas sahibləri olması deməkdir”.
 
Qeyd edək ki, hər il ölkəmizdən yüzlərlə gənc ali təhsil almaq üçün müxtəlif ölkələrə üz tutur. Ancaq təəssüf ki, Azərbaycanın ali məktəblərinin diplomu əksər ölkələrdə tanınmadığı kimi Azərbaycanda bir sıra ölkələrin diplomunu tanımaqdan imtina edir. Danılmaz faktdır ki, Ukrayna, Rusiya, Gürcüstan universitetlərinə qeyri qanuni yollarla daxil olanların da sayı çoxdur ki, onların 4-5 ilin sonunda heç bir əziyyət çəkmədən aldıqları diplomların tanınmaması isə ədalətlidir.
 
Maraqlıdır, xaricə oxumağa gedərkən ali məktəb seçimində nələrə diqqət edilməlidir?
 
Təhsil eksperti Kamran Əsədov Ukraynada bir çox universitetin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasının normal hesab etdiyini dedi: “Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan fədakarlıq edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz. Xaricdə təhsil alanların təqaüdlərinin azaldılması ilə Azərbaycanın iqtisadi vəziyyəti, xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər. İqtisadiyyatı neftdən asılı olan ölkənin neft qiymətlərinin aşağı olduğu dövrdə digər bir çox səmərəsiz investisiya layihələri, büdcə xərclərini azaltdığı dövrdə, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına daha çox vəsait ölkədə qalar”.
 
K.Əsədov bildirdi ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər: “İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanıması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollamalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır”.(musavat.com)
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Hamısı