Azərbaycanın 11 sentyabrı prezident İlham Əliyevdən üç mühüm qərar

Analitika 10:39 12.09.2017

Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin əfvi və Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirilir; bu, həm də anti-Azərbaycan qüvvələrinə verilmiş tutarlı cavabdır...

Azərbaycan prezidenti İlham Əliyev 11 sentyabrda verdiyi üç mühüm qərarla son günlər xeyli gərginləşmiş kimi görünən ölkə gündəmini dəyişdi. Prezidentin həm “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciətə müsbət cavabı, Qarabağa qanunsuz səfərə görə məhkum edilmiş Aleksandr Lapşinin əfv ilə bağlı sərəncamı və eyni gündə məhkəmədə Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi əlbəttə ki, təsadüfi deyil.

Əvvəla, bu addımları hər şeydən öncə prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirmək lazımdır. 

Prezident İlham Əliyev mediaya münasibətdə çox həssasdır. Onun jurnalist Rasim Əliyevin döyülərək ölməsindən sonra sərt mövqe ortaya qoymasını və günahkarların cəzalandırılmasını yada salmaq kifayətdir. Müalicəyə ehtiyacı olan neçə-neçə jurnalistin müalicəsinə dövlət başçısı səviyyəsində dərhal reaksiya verilməsini də yaddan çıxarmaq olmaz. Prezidentin mediada tanınmış simalardan olan M.Əliyevin həbsinə reaksiya verəcəyi də əslində gözlənilən idi. Hamıda belə bir ümid vardı ki, M.Əliyevin vergi borcuna görə həbsinə son sözü prezident deməlidir...

Image result for Mehman Əliyev

Tanınmış media kapitanı Mehman Əliyevin həbsindən sonra cəmiyyətdə və media ictimaiyyətində həm də belə bir rəy vardı ki, yaranmış vəziyyət Azərbaycanın beynəlxalq nüfuzunu zədələyir və prezidentin məsələyə müdaxiləsi çox ləngiyə bilməz. Hadisələrin gedişatı göstərdi ki, doğrudan da bəzi beynəlxalq dairələr bu həbsdən həm də fürsət gözləyirmiş kimi Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə başladılar. Etiraf edilməlidir ki, Mehman Əliyevin həbsi Azərbaycanı istəməyən qüvvələrə də bəhanə vermişdi və artıq çox çirkinləşmiş kampaniyada media kapitanının həbsi arxa plana keçmişdi. 

Həm ziyalıların, həm M.Əliyevin müraciətini nəzərə alaraq həbs-qətimkan tədbirinin dəyişdirilməsi bu baxımdan həm də anti-Azərbaycan qüvvələrə verilmiş cavabdır. Bu qərar mümkündür ki, həmin “şər maşınlarını” dayandırmasın, amma onların əlində “jurnalisti tutdular” kimi ciddi bəhanə artıq yoxdur. 

Prezident bu humanist davranışı ilə medianın məhz onun qoruması və qarantiyası altında olduğuna da aydın mesaj verdi. Zənnimizcə, bu, hərdən “qaşınmayan yerdən qan çıxarmağa” həvəsli olan, jurnalistlərə “yadplanetli adam” kimi baxan bəzi məmurlara da tutarlı cavab oldu.
Nardaran hadisələri zamanı həbs edilən 14 nəfərin də azadlığa buraxılmasının arxasında şübhə yoxdur ki, prezident İlham Əliyevin iradəsi dayanır. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini həlak olmuşdu, bir neçə nəfər isə ağır yaralanmışdı. Nardaran kəndi də məhz prezidentin iradəsi ilə radikal dindar qüvvələrin əsarətindən azad edildi, kənd yeni həyatına qovuşdu. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılsa da, onların bir hissəsi azadlığa buraxıldı. Amma bəziləri barəsində məhkəmə hökmü çıxarıldı ki, onlardan daha 14 nəfəri sentyabrın 11-də azadlığa qovuşdu.

Image result for Həbs

11 sentyabr dünyada radikal dindarların Amerikada törətdiyi dəhşətli terrorla assosiasiya olunur. Radikal dindarların qurbanı olmuş əksər Nardaran məhbuslarının 11 sentyabrda azadlığa buraxılması tarix baxımından sırf təsadüf də ola bilər. Həbsdəki gənclərin bir vaxtlar radikal dindarların əsl cəhənnəmə çevirdiyi, indi isə büsbütün yenilənmiş qəsəbəyə qayıdışı onlara verilmiş şansdır. Azərbaycan prezidentinin iradəsinə əsaslanmış bu məhkəmə qərarı da cəmiyyətə bir həmrəylik jesti kimi qiymətləndirilməlidir. Nardaran məhbuslarının azadlığa buraxılması üçün dünyadan çağırışlar da yox idi. Onların azadlığa buraxılması dövlətin vətəndaşına verdiyi şansdır ki, bu qərarın altında prezidentin imzası olmasa da, kimin hökmü olduğuna şübhə yoxdur.

Image result for Lapşin

Aleksandr Lapşini isə prezident imzaladığı əfv sərəncamı ilə azad etdi. Üç ölkənin vətəndaşı olan Lapşinin həbsi və cəzalandırılması üçün prezident İlham Əliyevin cəsarətli və prinsipial addımları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də rəğbət doğurmuşdu. 

Hamı üçün aydın idi ki, Azərbaycan qanunlarını heçə sayaraq Qarabağa səfər etmiş bloggerin həbsi xüsusilə vətəndaşı olduğu iki ölkədə-İsraildə və Rusiyada ciddi rezonans doğuracaq. Belə də oldu... Amma prezident ona nail oldu ki, Lapşin qolları bağlı Azərbaycana ekstradisiya edildi. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Lapşin buradakı məhkəməsində etiraf etdi. Lapşinin cəzalandırılması barədə hökmdən Qarabağ torpaqlarından ermənilərin xeyrinə güzəşt istəyən beynəlxalq güclər də öz payını aldı. Lapşinin əfv edilərək İsrailə ekstradisiyası Azərbaycanın həm də beynəlxalq humanizm prinsiplərinə, qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirmiş oldu. (musavat.com)

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Hamısı