"Azərbaycanın "İslam Həmrəyliyi" təşəbbüsü İslam aləminin birliyinə doğru yeni və unikal bir addımdır" Əhməd Sami əl-Ayidi

Analitika 21:05 23.10.2017
Bu ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin  2017 – ci ili "İslam Həmrəyliyi” ili elan etməsi  dünyanın bütün dövlətləri, xüsusilə İslam ölkələrilə yaxşı əlaqələrə malik Azərbaycan üçün gözlənilməz bir hadisə deyildi.   Bu hadisə  Azərbaycanda multikulturalizm  ili olmuş 2016-nın  təbii davamıdır. Son dövrlərdə Azərbaycan  müxtəlif sahələrdə, eləcə də dünyanın bütün ölkələri ilə münasibətlərində onun bütün beynəlxalq miqyaslı tədbirlərdə əsas götürdüyü tolerantlıq, qarşılıqlı hörmət və dinc yanaşı yaşama dəyərlərindən çıxış edərək qurduğu əlaqələrdə də nəzərəçarpacaq bir inkişafın şahidi olmuşdur.  Azərbaycanda bir çox millətlərin və müxtəlif dinlərin nümayəndələrinin yaşamasına baxmayaraq, onlara münasibətdə hər hansı bir ayrı-seçkilik görmək mümkün deyildir, əksinə  onlar fikir və mentalitet uyğunluğu ilə  bir ailə daxilində  yaşayırlar.
 
Şübhə yoxdur ki, Azərbaycanın müsəlman dövlətlərinin bir-birinə daha da yaxınlaşması və onlar arasında dostluq əlaqələrinin qurlamasında oynadığı rol ona 2017-ci ili İslam Həmrəyliyi ili olaraq elan etməsi haqqını verir. Bu həm də onun gələcək bir neçə il ərzində bu missiyanı daşımasına da haqq qazandırır. 
 
Azərbaycanın bütün İslam dövlətləri ilə əlaqələrin qurulmasına və möhkəmləndirməsinə verdiyi diqqətə parlaq misal kimi onun IV İslam həmrəyliyi oyunlarına ev sahibliyi etməsidir. Bu dünya miqyaslı hadisə, sırf idman hadisəi olmayıb həm də böyük social-siyasi məzmuna malik bir tədbir idi.
 
Məlumdur ki, öz ümumi mənasında həmrəylik özündə həm də əməkdaşlıq, qarşılıqlı yardım, yekdillik və  müttəfiqlik kimi anlayışları da daşıyır. Bu məna  həmçinin məzluma yardım, zalıma qarşı mübarizə və əmin-amanlığın qorunması anlamını da verir. Bu baxımdan İslam Həmrəyliyi və habelə İslam Əməkdaşlığı Təşkilatı Qarabağın və ermənilərin işğal etdiyi başqa Azərbaycan torpaqlarının ən tez bir vaxtda işğaldan azad edilməsində, BMT TŞ-nin qərarlarının yerinə yetirilməsində yardımçı olmalıdır.  Fikrimizcə, bu iş İslam dünyasının Azərbaycan kimi bir qardaş ölkə ilə olan həmrəyliyinin təzahürü olardı. Çünki Azərbaycan, hər zaman və davamlı bir şəkildə İslam dövlətlərilə həmrəylik nümayiş etdirir, müsəlman ölkələrinin hər hansı birində böhran yaşandıqda həmişə  öz kömək əlini uzadır. 
 
Azərbaycanda tarixiliklə müasirlik üzvi vəhdətdədir, ölkə Şərqlə Qərbi birləşdirən həlqədir. Bu səbəbdən də onun ərazisində çox saylı müsəlman və qeyri-müsəlman, həmçinin başqa din və məzhəblərin də nümayəndələri yaşayırlar. Bu mənada Azərbaycan bütün dünyaya göstərir ki, o, bir müsəlman dövlətidir, müsəlman dünyasının problemləri onu da qayğılandırır, İslam ölkələrinin birliyinə səy edir. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, müsəlman ölkələri bir-birilə münaqişədə  deyil, əksinə inkişaf edən, bir-birilə həmrəy və vəhdətdə olan ölkələrdir. 
Qeyd edilməlidir ki, Azərbaycan dünyada ilk dəfə olaraq sünni və şiyələrin birləşib bir cərgədə duraraq “Vəhdət namazı” adı ilə Cümə namazını qıldıqları bir ölkədir. Bu gün şiyə və sünni müsəlmanlar ölkə başçısı İlham Əliyevin açılışını etdiyi Qafqazda ən böyük “Heydər” məscidində bir yerdə, bir imamın arxasında duraraq namaz qılırlar.    
Azərbaycanda istər yerli sakinlərə, istərsə də bura gələn qonaqlara münasibətdə tolirantlıq və dözümlüyün hökm sürməsinə, dini və ya milli ayrıseçkiliyə yol verilməməsinə aid misallar çoxdur. Azərbaycanın 2017-ci ili “İslam Həmrəyliyi” ili elan etməsi bu ölkənin İslam dünyasını narahat edən bütün problemlərin həllində müsəlman dövlətlərilə həmrəyliyinə və əməkdaşlığına olan marağının, onun dünyada İslam dünyasının mötədil obrazının formalşadırması cəhdinin, davamlı inkişaf və tərəqqi istəyinin ifadəsidir.
Şübhə yoxdur ki, bu Azərbaycanın təşəbbüsünün müsəlmanların sıralarının birləşdirilməsinə, onların bir-birinə daha çox yaxınlaşmasına, bütün müsəlman dövlətlərinin inkişaf və tərəqqisinə təsiri böyük olacaqdır. 

Doktor Əhməd Sami əl-Ayidi, Misrin Azərbaycandakı mədəni və  təhsil əlaqələri mərkəzinin müdiri.

Ərəb dilindən tərcümə edən Fəlsəfə doktoru Zakir Qasımov
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Hamısı