Uzun sürən gözlənti və ləngimələrdən sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu istifadəyə verildi. İlk qatar Azərbaycan və Gürcüstandan Türkiyənin şərqinə rəsmi turunu həyata keçirdi.
Bu dəmir yolunun tikintisi Azərbaycan və Türkiyə tərəfindən malliyyələşdirilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnkişaf və Yenidənqurma Bankı layihəyə maliyyə dəstəyi olmaqdan imtina etmişdi. Onlar Ermənistandan keçən köhnə marşrutu bərpa etməyi üstün tuturdu.
BTQ yeni İpək Yolunun bir hissəsi olacaq.
Cənubi Qafqaz regionu BTQ-nın dəmir yolu keçən Avrasiya super materikinin bazarının ən mərkəzi hissəsində yerləşir. O əhalinin 65%-ni, enerji ehtiyatlarını 75%-ni, ÜDM-nın 40%-ni əhatə edir.
Çindən Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya gedən BTQ Yeni İpək Yolunun orta dəhlizini tamamlayan bənd rolunu oynayır. İpək Yolunun yerüstü marşrutlarından biri Çindən Rusiyaya olmaqla şimala, digəri isə Çin və Qazaxıstandan qərb və şərqə gedir.
“Avropaya BTQ vasitəsilə mallar Cənubi Koreya, Çin və Hindistandan 15 gündən çox olmamaq şərtilə çatacaq”, deyə azərbaycanlı tədqiqatçı, BTQ dəmiryolu xətti haqqında iki kitabın həmmüəllifi Mahir Hümbətov deyib.
BTQ-nın cəlbediciliyi həm də ondadır ki, bu nəqliyyat dəhlizi Rusiyadan keçir və Avropa Birliyinin bir çox mallarının idxalı və ötürülməsi zamanı sanksiyalardan yayınmaqla biznesə yardım edir.
Maqələni publisist, yaxın Şərq üzrə ekspert Mixail Maqid Forbes-un materialları əsasında hazırlayıb