Sarkisyan Bakının BTQ şərtini qəbul edəcəkmi?

Analitika 12:28 04.11.2017
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması, daha sonra Tehranda Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşü işğalçı Ermənistanda ciddi narahatlıq yaradıb. Sarkisyan hakimiyyəti blokadada olduğunu dərk etsə də, hələ susmağa üstünlük verir. Əksər erməni ekspertlər çıxış yolu kimi İrəvanın BTQ-yq qoşulmasını istəyir.
 
Rəsmi Bakı artıq öz şərtini açıqlayıb. Bəyan edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını azad etdiyi təqdirdə əsrin layihəsinə qoşula bilər. 
 
“Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır” – XİN rəhbəri Məmmədyarov bildirib.
 
İrəvan Bakının şərtini qəbul edəcəkmi? 
 
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq üçün ciddi surətdə çalışır: “Gümrüdən Tbilisiyə gedən dəmir yolu xətti var. Bu xətt onlara imkan verə bilər ki, Bakı-Tbilisi-Qars layihəsinə böyük xərc çəkmədən qoşulsunlar. Ona görə də dünyanın əksər lobbiçi dərnəklərini və dövlətlərini, xüsusən də Rusiyanı bu işə qatıblar. Rusiya Azərbaycan rəhbərliyinin ermənilərin bu layihəyə qoşulmasına şərait yaratmasını istəyir. Amma, bu, mümkün deyil. Layihənin taleyi bizim əlimizdədir. Çünki, layihənin ərsəyə gəlməsinə bütün maliyyə vəsaitini biz sərf etmişik. Ona görə də işğalçı dövlətin güclənməməsi üçün illərdir çalışan Azərbaycan, indi onun blokadadan çıxarılması üçün şərait yarada bilməz.
 
 
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov söylədi ki, işğal aradan qalxarsa, iki dövlət arasında sülh yaranarsa, Ermənistan layihəyə qoşula bilər. İndiki halda bu mümkün deyil. Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir və xeyli maliyyə itkiləri ilə qarşılaşır. Könülü balıq istəyən, ayağını suya qoymalıdır. Ermənistan da beynəlxalq layihələrə qoşulmaq istəyirsə, deməli ciddi kompromislərə getməyi bacarmalıdır”.
 
Politoloq bildirib ki, bu məsələ Ermənistanda ciddi müzakirə olunur: “Bir çox politoloqlar hesab edirlər ki, Ermənistan kompromisə getməklə bölgədəki iqtisadi layihələrə qoşulmaq yolunda yaradılan əngəlləri aradan qaldırmağa çalışmalıdır. Ermənistanda iqtisadi inkişaf çox aşağı səviyyədədir. Ölkədə ciddi maliyyə problemləri var. Məhz bu səbəbdən Ermənistan Bakının şərtini qəbul etməlidir. Həm Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, həm də Tehranda Şimal-Cənub dəmir yolu layihəsinin açılması ilə bağlı keçirilən görüşlər Ermənistanı ciddi şəkildə narahat etməkdədir. Hesab edirəm ki, bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə təsir göstərəcək”.
 
Millət vəkili Rasim Musabəyov hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanı cəzalandıran layihədir: “Düşünmürəm ki, Ermənistan Azərbaycanın Bakı-Tbilisi-Qarsa qoşulmaqla bağlı şərtini qəbul etsin. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həll, yaxud həllinə doğru irəliləyiş olduğu halda Türkiyə Ermənistanla sərhəddi açacaq. Bununla da ermənilər Gümrü vasitəsilə Qarsa çıxış əldə edəcəklər. Yəni, onların Bakı-Tbilisi-Qarsa ehtiyacları qalmayacaq”.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Hamısı