Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqalər fakultəsinin dosenti, tarix elmləri doktoru Niyazi Niyazov Eurasia Diary-ə Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələrdən danışıb.
Son onillikdə Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə, dünya bazarlarına müxtəlif növ karbohidrogen xammalının hasilatı və nəqli ilə bağlı olması sirr deyil.
"Lakin artıq aydındır ki, ölkənin iqtisadi gələcəyi yalnız bu istiqamətdə qurula bilməz.
Buna görə, ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafına ehtiyac olduğunu anlayır.
Amma başa düşmək lazımdır ki, bu həqiqəti dərk etmək problemin avtomatik olaraq həll olunmasına gətirə bilməz. Yeni tipli iqtisadiyyatı yaratmaq üçün müxtəlif imkanlar mövcud olmalıdır.
Bu baxımdan, 30 oktyabr 2017-ci ildə açılmış Bakı-Tbilisi-Qars dəmiryolu çox əlverişli layihədir.
İndi bütün ekspertlər, həm Azərbaycanın özündə, həm də onun hüdudlarından kənarda olanlar, BTQ dəmir yol magistralının Azərbaycana verəcəyi siyasi və iqtisadi xeyirdən danışırlar. Biz də bu qiymətləndirmələrə qoşularaq eyni zamanda, istərdik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan cəmiyyəti qarşısında qoyduğu vəzifələrdən danışaq.
BTQ dəmir yolunun salınması Azərbaycanda fəhlə və qulluqçulara ehtiyacı artıracaq. Yeni maqistralı təciz etmək üçün, daşınılan yüklərin boşaldılması və çeşidlənməsi üçün həm müxtəlif kateqoriyalı sürücülər, həm liman fəhlələri, həm kran avadanlığının operatorları, ən əsas da çox sayda dəmiryolçular lazım olacaq", deyə Niyazov bildirir.
Tarix elmləri doktorunun fikrincə, BTQ infrastrukturun genişləndirilməsilə bağlı xidmət sahələrində də işləmək istəyənlərə ehtiyac artacaq.
Amma başa düşmək lazımdır ki, əmək resurslarına belə bir ehtiyacı ödəməkdən ötrü, ölkə əhalisinin mobilliyi armalıdı. Bunun üçün isə iqtisadi və hüquqi şəraitin yaradılması vacibdir.
Yəni böyük şəhərlərdən BTQ-ə yaxın olan və ya təzə tikilən qəsəbələr, kəndlər və şəhərlərə köçmələri üçün hüquqi proseslərin sürətli şəkildə həll olunmasında insanlara kömək etmək lazım gələcək.
Öz növbəsində, vətəndaşlar da dərk edirlər ki, yaşayış yerini perspektivli iş xatirinə dəyişməkdə heç bir faciyə yoxdur. Bu problemə arxaik yanaşma həm ölkənin, həm də cəmiyyətin inkişafını ləngidir.
"Bir az sonra BTQ-nin imkanlarının artması yalnız yük deyil, həm də sərnişin axınının artmasına gətirəcək. Buna görə xarici dilləri bilən mütəxəssislərə böyük ehtiyac olacaq. Öz növbəsində, güman ki, gələcəkdə işçilər azərbaycan və rus dillərindən başqa çin, qazax, özbək, gürcü, türk dilləri eləcə də Avropa xalqlarının dillərini mükəmməl bilməlidirlər. Bu o demək deyil ki, BTQ-də işləməyə namizədlər bu dillərin hamısını bilməli olcaq, lakin anlamaq lazımdır ki, daha çox dil bilmək gözəl karyera imkanları yaradacaq. Bundan əlavə, IT və texniki ixtisaslı mütəxəssislərə yüksək tələbat olacaq".
Deyilənlərə əsaslanaraq, Azərbaycanda artıq bu gün valideynlər öz prioritetlərini dəyişməli və uşaqlarını hüquqşünas, iqtisadçı və ya həkim təsili almağa məcbur etməməlidirlər.
Bu o demək deyil ki, bu ixtisaslara yaxın vaxtlarda tələbat olmayacaq ancaq bu tələbat xeyli azalacaq, əksinə İT və texniki ixtisaslı mütəxəssislərə tələbat günbəgün artacaq.
Qeyd edilən problemlərin həlli Azərbaycanın inkişafına kömək edərək ölkə qarşısında duran ən əsas məsələnin, torpaqların azad edilməsi prosesində öz əksini tapacaq.
Mən bir daha bütöv Azərdaycan xalqını Bakı-Tbilisi-Qars dəmiryol magistralının açılması münasibətilə təbrik edirəm. Bu yol ölkəni keşmişdən gələcəyə aparır.
O, ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun düşmənlərinə, qədim atalar sözünü bir az dəyişərək demək olar ki, “İt hürər, qatarlar BTQ-dən keçər”.