Səudiyyə Ərəbistanında korrupsiyaya ilə mübarizə kompaniyası aparılır və bu kompaniyanın nəticəsində 11 şahzadə, 4 nazir və onlarla keçmiş nazir həbs olunub.
Bu işlə Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd ibn Salmanın əmri ilə yaradılan anti-korrupsiya komitəsi məşğul olur.
Müşahidəçilərin sözlərinə görə, indiki kral Salman və oğlu korrupsiyaya ilə mübarizə adı ilə hakimiyyəti ələ keçirmək və rəqiblərini sıradan çıxarmağa çalışırlar.
Eyni zamanda, Ər-Riyad və Tehranın münasibətlərində gərginlik yaranıb. Belə ki, Səudiyyə Ərəbistanı paytaxtının hava limanını bombardman etmiş yəmən husilərinə ballistik raketlərin çatdırılmasında Tehranı günahlandırır.
Məhəmməd ibn Salman bunu Tehran tərəfindən Səudiyyə Ərəbistana qarşı yönədilmiş silahlı təcavüz adlandıraraq Ərəb Dövlətlər Liqasının təcili olaraq iclasının çağırılmasını tələb etmişdi.
İki ölkə arasında qarşıdurmaya səbəb olan məqamlardan biri də Livanın baş nazirinin İranı ölkənin daxili işlərinə qarışmasında ittiham edərək istefa verməsi və onun hazırda Səudiyyə Ərəbistanında gizlənməsidir.
Qafqaz və Yaxın Şərq üzrə ekspert, rusiyalı siyasətçi, tarix elmləri namizədi Anar Sadıqov "Azadlıq" radiosunun efirində vəziyyəti şərh edib.
Eurasia Diary ekspertin şərhinin audioyazısını təqdim edir: