Metroda gediş haqları artırılacaq ilginc gəlişmə

Analitika 11:40 01.12.2017
Hesablama Palatası 2018-ci ildə “Bakı Metropoliteni”nə ayrılmış 45 milyon manat subsidiyaya qarşı çıxdı; ekspert: “Gediş haqqının artırılması üçün zəmin hazırlanır”
 
Bu il Nazirlər Kabineti Bakı Metropoliteninin subsidiyalaşdırılmasını dövlət büdcəsində nəzərdə tutulduğu kimi, 50 faiz artırıb. Növbəti 2018-ci ildə subsidiyanın həcmi 45 milyon manat səviyyəsində qalacaq. Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar. HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.
 
2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb. Bəzi ekspertlər də hesab edirlər ki, müxtəlif dövlət qurumlarına ayrılan subsidiyalar sonradan korrupsiya əməllərinə yol açır.
 
Bəs görəsən, əgər hökumət büdcədəki bu yükü azaltmaq istəsə və metropolitenə ayrılan subsidiyaları azaltsa, bu qurum yaranan zərərin qarşılanması üçün metroda gedişhaqlarının artırılması məsələsini qaldıra bilərmi?
 
 Image result for Natiq Cəfərli
 
Bu sualı iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. İqtisadçı bildirdi ki, metroda gedişhaqqının artırılması ilə bağlı uzun illərdir söhbətlər gəzir və metropolitenin istər köhnə, istərsə də yeni rəhbərliyi dəfələrlə sərnişindaşımada subsidiyalar hesabına indiki qiymətləri bu səviyyədə saxladıqlarını bəyan ediblər: “Burada maraqlı cəhət ondan ibarətdir ki, hesablamanın strukturunu açıqlamayıblar. Bu rəqəmi necə hesablayıblar? Sərnişindaşımada maya dəyərinin nə qədər olmasını hansı parametrlərə görə hesabladıqlarını açıqlamayıblar. Bəyanatın məğzi, sadəcə, ondan ibarət olub ki, maya dəyəri yüksəkdir, xərclər çoxdur. Ancaq xərclərin nədən ibarət olduğunu və bir sərnişin üçün genişhaqqının neçəyə başa gəldiyinin hesablanması ilə bağlı parametrlər cəmiyyətə açıqlanmayıb. Hesablama  Palatasının bu rəyi də gələcəkdə metroda gedişhaqqının artırılması üçün zəmin hazırlanmasının növbəti addımıdır. Çox böyük ehtimalla metroda da gedişhaqqının yaxın zamanlarda artırılması ilə bağlı  qərar qəbul olunacaq”.
 
İqtisadçı vurğuladı ki, gediş haqqının indiki qiymətdən ən azı 10 qəpik artacağı ehtimalı var: “Hazırda qiymət 20 qəpikdir, 30 qəpiyə qədər qalxa bilər. Əvvəllər də belə bir rəqəm səsləndirilmişdi. Çünki qurum hesablamalar nəticəsində belə bir qənaətə gəlmişdi ki, bir sərnişinin daşınması üçün metropoliten 50-55 qəpik xərcləyir. Qiymətin birdən-birə o dərəcədə artacağını düşünmürəm. Ancaq ən azından indiki qiymətlərin üzərinə 10 qəpik gəlməklə gedişhaqqının artırılması ehtimalı var. Vətəndaşların nəqliyyat xərcləri artdıqca, digər xərclərə qənaət etməyə məcbur olacaqlar. Xərclərin digər istiqamətlərində dəyişiklik etməyə məcbur olacaqlar. Ən azından 10 qəpik artsa və vətəndaş gediş-gəliş üçün ən azı iki dəfə metrodan istifadə etsə, həftədə təxminən 1.4 manat, ayda isə 6 manata yaxın əlavə vəsait ödəyəcək”
.
 Image result for Nəsimi Paşayev
 
 “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə açıqlamasında qiymətlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verildiyini qeyd etdi: “Qiymətin nə qədər artırılıb-artırılmaması ilə bağlı mən hər hansı açıqlama verə bilmərəm. Bu çox mürəkkəb  məsələdir. Bildiyiniz  kimi, metropolitendə bir sərnişinin daşınma xərci onun ödədiyi gedişhaqqından bahadır. Bu rəqəm də illər üzrə  dəyişir. Məsələn, ötən il üçün  bir nəfərin metrodan istifadəsi 54 qəpiyə başa gəlmişdi. Onun 20 qəpiyini sərnişin ödəyir, qalan hissəsi isə subsidiya olaraq nəzərdə tutulur və dövlət tərəfindən ödənilir. Dövlət sosial layihələr həyata keçirərkən, qiymətin artırılmasını məqsədəuyğun hesab etmədiyi bu kimi  sahələrə subsidiya verir.  İndi hansısa təşkilat belə bir təklif irəli sürür. ”Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətdir  və Nazirlər Kabinetinin nəzdindəyik. Hansı qərar verilərsə, o qərarı da icra etməyə hazırıq. Əgər subsidiya ayrılmasa, biz ziyanla necə işləyəcəyik, onu bilmirəm. Çünki bizim başqa gəlir yerimiz yoxdur. Bir sərnişindən topladığımız geniş haqlarıdır, bir də dövlətin ayırdığı subsidiyalardır. O subsidiya  ayrılmasa, biz elektrik xərclərini necə ödəyəcəyik, insanların maaşlarını necə verəcəyik? Bu gün gördüyümüz işləri necə həyata keçirəcəyik? Metropolitenə hər il təxminən 38 milyon manat civarında subsidiya ayrılır. Bu  da zərərin qarşılanması  və dövlət hesabına görülən işlərin həyata keçirilməsi üçündür".

 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı