Qüdsün statusu ilə bağlı qarşıdurma Yaxın Şərqdə həlledici dəyişikliklərə səbəb olmayacaq ÖZƏL

Analitika 13:34 18.12.2017

Mixayıl Magid,

publisist, Yaxın Şərq üzrə ekspert,

özəl olaraq Eurasia Diary üçün

Qüdsün statusu ilə bağlı məsələ Yaxın Şərqdə və dünyada mühüm rol oynayır. Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi müsəlmanların əksəriyyəti tərəfindən təhdid kimi qəbul edilir. Bundan başqa, Fələstin Muxtariyyətinin rəhbərliyi Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınmasını tələb edir. Müsəlman aləminin liderliyinə namizəd olan Türkiyə və ərəb ölkələri bu məsələyə biganə qala bilməz. Ancaq, Trampın atdığı addımlar regionda ciddi münaqişələrə səbəb ola bilməz. Bunun səbəblərini araşdırmağa çalışaq.

HƏMAS və Fələstin Muxtariyyətinin rəhbərliyi vəziyyətin gərginləşməsində maraqlı deyil

Həmas və Fələstin Muxtariyyətinin rəhbərliyi arasında razılaşma imzalanıb, həmçinin, Misirlə Qəzza sektorunun blokadasının yumşaldılması istiqamətində danışıqlar aparılıb. Digər tərəfdən isə, İsrail İranla müttəfiq saydığı HƏMAS-ın Qəzza sektorundan çıxarılmasını dəstəkləyir. Bu HƏMAS rəhbərliyini narahat etməyə bilməz.

İordaniya çayının Qərb sahilindəki Fələstin Muxtariyyətinin rəhbərliyi isə uzun müddətdir ki, İsrail dövləti ilə sıx əməkdaşlıq qurub.

Ərəb dövlətləri İsraildən çox İrandan qorxur

Başda Səudiyyə Ərəbistanı olmaqla, bir cox ərəb dövlətləri, Qüds məsələsindən deyil, İranın güclənməsindən narahatdır. Belə ki, İran öz sərhədlərindən Aralıq dənizinə qədər uzanan “şiə zolağı” yaradıb. İraq, Suriya və Livanda İranın təsir gücü getdikcə artır. İndi isə İran Qırmızı dənizə qədər uzanan ikinci “şiə zolağı”nı yaratmağa çalışır və bu halda  İsrail güclənmiş İran düşmən yox, ərəb ölkələrinin müttəfiqi kimi qəbul olunur.

Türkiyə və İran ittifaqının güclənməsi

Türkiyə ilə münasibətdə vəziyyət fərqlidir. Belə ki, həm İran, həm də Türkiyə kürd hərəkatlarının fəallaşması və onların ABŞ tərəfindən dəstəklənməsini böyük təhlükə hesab edir.

Buna baxmayaraq, Türkiyə NATO-nun üzvüdür, onun iqtisadi inkişafı ABŞ və Avropa Birliyi ilə sıx əməkdaşlıqdan asılıdır. Bundan əlavə, İsraillə mühüm iqtisadi əlaqələr mövcuddur. Buna görə də hazırda İsraillə (ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi) ilə münaqişənin genişləndirilməsi ehtimal edilmir.

Fələstinlilərin çoxu ayrıca dövlət istəmir

Bütün bu hadisələr barədə Fələstin əhalisinin nə düşündüyü məlum deyil. O nə istəyir? Fələstinlilər üçün Qüdsün statusu önəm daşıyırmı?

Səslənən fikirlərə baxmayaraq, fələstinlilərin çox hissəsi Fələstin dövlətinin yaradılmasının tərəfdarı deyil. Fələstin Muxtariyyətinin siyasi və bürokratik sisteminə daxil olmayan adi camaat ona maraq göstərmir. Kiçik, yoxsul, rüşvətxorluğun baş aldığı dövlət onlara nəyə gərəkdir? Artmaqda olan yerli bürokratiyanı dövlətə ödədikləri vergi ilə bəsləməyin nə mənası var? İş yerlərinin, təhsilin, normal tibbi xidmətin olmadığı cırtdan dövlət nəyə lazımdır? Həmçinin, insanlar çox yaxşı anlayır ki, “müstəqil dövləti” onlar yox, fələstinli məmurlar və partiyalar idarə edəcək.

Lakin fələstinlilər nə düşündüklərini sərbəst söyləyə bilmir. Onlar açıq şəkildə dövlət müstəqilliyinə qarşı çıxa bilməzlər, bu yerli hakimiyyətin onlara qarşı repressiyalar həyata keçirməsinə səbəb ola bilər. Başqa bir problem var. İsrail özü inteqrasiyanın əsas əleyhdarıdır. O fələstinlilərə  inteqrasiya və vətəndaşlıq təklif etmir. Əlavə xərclər nəyə lazım, vətəndaşlığı olmayan çox ucuz işçi qüvvəsindən istifadə etmək daha rahatdır.

Fələstin dövləti – fələstin elitasının, ali zümrəyə mənsub olanların, məmurların və əmək haqqını onlardan alanların layihəsidir. Adi kənd və şəhər əhalisi Fələstin dövlətinin yaradılması ilə çox da maraqlanmır və ya onların əhval-ruhiyyəsi hətta bunun əleyhinə köklənib.

Fələstinlilərin probleminin həlli ilk olaraq, İsrail cəmiyyətinə inteqrasiya olunmaqla, ikincisi Beyt-Sahor qəsəbəsində icra etdikləri layihə kimi digər layihələrin uğurla həyata keçirilməsi sayəsində mümkündür. Orada fələstinlilər İsrailin əhaliyə lazım olan istehsalat və kollektiv mülkiyyətə malik özünüidarəetmə icmasına bənzər qurum yaratmağa çalışdılar.

Fələstin dövlətinin yaradılması mövcud vəziyyətdən çıxış yolu deyil; o fələstinlilərin böyük hissəsinə ümumiyyətlə lazım deyil, yaxud bu onların problemini həll edə bilməyəcək. Çoxtəbəqəli zülmkar sistemə qarşı bütün səviyyələrdə mübarizə aparmaq lazımdır. Bu mühüm məsələnin həllinin  milli dövlətçilik mifi ilə heç bir əlaqəsi yoxdur.

Fələstin xalqı çox sayda odun arasında qalıb. Qüdsün statusuna dair müzakirələrin hansı nəticələri doğuracağını demək çox çətindir. O artıq ciddi etirazlarla qarşılaşıb. Lakin fələstinlilərin əksəriyyətinin bu məsələyə qarışmayacağı istisna edilmir.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Hamısı