Təhsil haqqına görə İNTİHAR? iki kəsiri olan tələbə gənclərə başqa yol GÖSTƏRDİ

Analitika 18:22 10.01.2018

Yanvarın 8-i özünü dənizə ataraq intihar edən 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Məlik Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi olub.

Onun intiharına səbəb kimi təhsil haqqını ödəyə bilməməsi də göstərilir.

Məsələ ilə bağlı danışan təhsil eksperti Nadir İsrafilov mediada intihar məsələlərinin çox qabardıldığını vurğulayıb:

“Televiziyalarda intihara cəhd səbəbləri müzakirə olunur, geniş açıqlamalar verilir. Nəticədə kobud dildə desək “dəlinin yadına daş salmaq” məsəli yada düşür. Bizim təhsil sistemində belə hallar çox olur. Mən hesab edirəm ki, tələbənin təhsil haqqını ödəyə bilməməsinin intihara səbəb kimi göstərilməsi kimi məsələlər buna hüquqi qiymət veriləndən sonra gündəmə gətirilməlidir. Mətbuatda filan müəllim filankəsə qarşı belə etdi və yaxud filan direktor belə hərəkət etdi tipli xəbərləri çox eşidirik. Belə xəbərlər üzə çıxır və ayaq tutub yeriyir. Şübəsiz bu da insanların mənəviyyatına təsir göstərir. Sonradan  məlum olur ki, əslində hadisənin əsl səbəbi bu deyilmiş. Ona görə də əgər bu Təhsil Nazirliyi ilə bağlıdırsa, əvvəlcə operativ şəkildə bu xəbərə nazirlikdən  münasibət bildirilməlidir. Təhsil Nazirliyi məsələyə o vaxt münasibət bildirir ki, artıq bu fikirlər başqa istiqamətlərə haçalanmış olur. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır. İstintaq başa çatana qədər isə fikirlər yayılır, haçalanır. Məsələyə ilk münasibət hadisəyə görə cavabdeh sayılan orqanlar tərəfindən dərhal verilməlidir”.

Ekspert qeyd edir ki, tələbələrin təhsil haqqına görə intihar etməsi faktı istisna deyil:

“Tələbələr böyük çətinliklə, yüksək balla universitetə qəbul olurlar. Minlərlə tələbəmiz var ki, maddi imkansızlıq üzündən ali məktəbə daxil olmaqdan imtina ediblər. Ali məktəbdə oxuya-oxuya ali məktəbi tərk edənlər də olub. Ödəniş məsələsi əsas problemlərdən biridir. Özəl təhsil müəssələrində ödəniş tələb edilməsi başa düşüləndir.  Dövlət təhsil müəssələrimizdə 80%-ə qədər  ixtisaslar ödənişlidir. Bir çox gəncimiz ödəniş imkanları olmadığından təhsildən yayınırlar. Rusiyaya, Türkiyəyə və  digər qonşu ölkələrə üz tutunlar da olur. Çünki orda təhsil haqqı olduqca aşağıdır. Ödəniş məsələsi öz həllini tapmalıdır. Bizim siyasətimiz sosial yönümlü siyasətdir. Məqsədimiz isə neft kapitalını insan kapitalına çevirməkdir. Ədalət naminə deyə bilərik ki, bu istiqamətdə bəzi addımlar atılıb. Məsələn, bəzi universitetlər müəyyən humanist addımlar atırlar, müəyyən kateqoriyalar üzrə tələbələrə güzəştlər edilir. Ödənişlərin də əlçatan olması üçün addımlar atılmalıdır.  İmkansızlıq,  insanın çıxılmaz vəziyyətdə qalması insanın psixikasına təsir edir. Gənc intihar da olmasa başqa yol seçə bilər. Bu cür məsələlərə ciddi yanaşmaq lazımdır. Müvafiq tədbirlər görülməlidir. Bu sahədə radikal addımlar atılmasa bu kimi halların sayının azalmasına heç kim zəmanət verə bilməz”.

Təhsil haqqı ilə bağlı problem yaşayan Bakı Dövlət Universitetinin tələbəsi Pərvin Abbaslı bu hal baş verəndə stress yaşadığını qeyd edib:

“Bu hadisə hətta 2 fənndən kəsirimə səbəb oldu. İmtahanlara diqqətimi verə bilmədiyimdən yaxşı hazırlaşa bilmirdim. Universitetdən ayrılmaq haqda düşünürdüm, çünki ödənişi heç cür ödəmək şansım yox idi. Daha sonra problemimə baxıldı, həll olundu. Amma buna görə heç vaxt intihar etmək fikrinə düşməmişəm. Mənim üçün maddi sıxıntı heç vaxt intihar səbəbi ola bilməz.Təhsil haqqını ödəyə bilmirsənsə, bunun bir çox həll yolu var. Düşünürəm ki, o gəncin intihar səbəbi bu deyil. İntiharı acizlik, çarəsizlik əlaməti kimi görürəm. İntihar çıxış yolu deyil. O gəncin özünü öldürməyi  bəlkə də onun canını qurtardı. Amma bu hadisə valideynləri həm mənəvi, həm də maddi sıxıntıya salır.

Pərvin Abbaslı deyib ki, problemlə qarşılaşanda sonuna qədər mübarizə aparmaq lazımdır:

“Məsləhətim budur ki, güclü olsunlar. Sonuna qədər mübarizə aparsınlar. Məsələn, mən universitetdə bütün qapıları döydüm mümkün olan hər kəsdən yardım etməsini xahiş etdim.

Mənə rektor müavini kömək etdi. Rektorla görüşməyimə keçmiş dekanımız icazə vermirdi. Sonda rektor müavini ilə görüşdüm. Həmin andaca məsələni həll etdi. Sonuncu imtahana qədər imtahana buraxılırdım. Amma imtahan vaxtına qədər ödəməsəm, imtahana buraxılmayacağımı dedilər.

Ümid sonda ölür. Ümidlərini üzməsinlər, mübarizə aparsınlar. Məsələni həll edə biləcəklərinə inansınlar. Əgər bir insanın inamı yoxdursa, bu hal intihara gətirib çıxarır. İnam bacarığın yarısıdır. Heç bir problem bizim canımızdan qiymətli deyil. Bunu heç bir zaman unutmasınlar”.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı