Bölgəni dəyişməli olan əməliyyat Türkiyə bir neçə cəbhədə vuruşmaq zorundadır

Analitika 21:21 10.02.2018

Həftənin ən mühüm hadisələrindən olan "Afrin əməliyyatı" bölgənin taleyini dəyişmək gücündədir. Belə ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsində PYD/YPG terror şəbəkəsinə aid hədəflərə qarşı növbəti hava hücumlarına başlayıb. Hazırda Türkiyənin döyüş təyyarələri Afrində PYD/YPG terror birləşməsinin hədəflərini havadan vurur. Hava əməliyyatı nəticəsində TSQ və Azad Suriya Ordusunun (ASO) nəzarətində olan Burseya dağının cənub-qərbindəki Bafilun dağı da daxil olmaqla, azı 6 hədəfin vurulduğu bildirilir.Hərbi mənbələr hava hərəkatının fevralın 9-u gecə yarısı başladığını və indiyədək davam etdiyini açıqlayıb. TSQ Baş Qərargahından verilən açıqlamaya görə, "Zeytun budağı" əməliyyatının başlanmasından keçən 21 gün ərzində Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən PKK, KCK, PYD/YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq, kazarma, silah-sursat deposu və silah anbarı kimi istifadə edilən 36 hədəf məhv edilib.

Hərəkatda iştirak edən təyyarələr sağ-salamat məxsus olduqları bazalara dönüb. Bölgədən verilən məlumata görə, 10 fevral 2018-ci il tarixində 79 terrorçu məhv edilib. Beləliklə, əməliyyat başlayandan indiyə qədər məhv edilən terrorçuların sayı 1.141 nəfərə çatıb.

Hərbi hava qüvvələri və quru qoşunlarının birgə həyata keçirdiyi əməliyyat uğurla davam etməkdədir. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri 20 yanvar 2018-ci il tarixində axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK, KCK, PYD/YPG və İŞİD terror qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Onu da qeyd edək ki, hazırda Türkiyə ordusunun əməliyyat keçirdiyi ərazi ilə ABŞ hərbçiləri və PYD/YPG silahlılarının keşik çəkdiyi bölgə arasında cəmi 1.5 km məsafə var.

Tehran Ankaranı hərbi əməliyyatları dayandırmağa çağırıb. İran Bəşər Əsədi müdafiə edir. Tehran və rəsmi Dəməşq Ankaranın Suriya siyasətinə qarşı "PYD kartı"ndan istifadə edirlər.

Tehran həmçinin ABŞ-ın bu prosesə öncə İŞİD, indi də Nusra Cəbhəsi ilə qatılmasından narahatdır. Tehran iki ölkə arasında təhlükəsizliyin və terrorizmlə əlaqəli mexanizmin təsiri altında inkişaf etdiyini bilir. Şərtlər dəyişdirildikdə, İran hələ açılmayan kartları açacaq. Tehran üçün Əsədin varlığı mühüm amildir. İran qəti şəkildə Əsədin getməsini istəmir, çünki Suriyada yeni sistem onun bölgəyə dair strategiyasının əleyhinədir, həmçinin, uzun illər ərzində bölgədə qurduğu stratejiyə təhlükə yarada bilər. Hərçənd, ASO-nun mövqeyinin güclənməsi bu planı pozur. Türkiyənin Afrin əməliyyatı ilə Suriya masasında güclənməsi məhz bu təhlükəni gündəmə gətirdi. Onu da nəzərə alaq ki, İran ABŞ-ın dəstəklədiyi kürd qruplarının Suriyanın şimal hissəsində müstəqil bir dövlət yaratmasını istəmir. Lakin İran hesab edir ki, Suriyanın bölünməsi bölgədə "domino effekti" yarada və bu effekt onun da ərazi bütövlüyünə təhlükə ola bilər. Digər tərəfdən, ortada regional maraqların toqquşması və Suriya masasında kimin əlindəki kartın daha güclü olması amili də mövcuddur. İran Türkiyənin bölgədə Hələbi mühasirəyə ala biləcəyindən narahatdır. Çünki Ankara buna nail olarsa, Əsəd rejimi üzərində, dolayısı ilə İranın Suriyadakı təsirləri üzərində üstünlük əldə edə bilər. Bu məsələdə Türkiyənin önə çıxması İranın maraqlarına uyğun deyil. Vaşinqton isə manevr edir. Həm Afrin əməliyyatını dəstəkləyir, həm də kürdlərə dəstəyini davam etdirir. Ancaq bu durumun nə qədər davam edəcəyi bəlli deyil. ABŞ kürdləri fakt qarşısında qalaraq Afrindən vaz keçməyə razı sala və bununla da müəyyən müddətə Türkiyənin də maraqlarını təmin edə bilər. Vaşinqton kürdlərin mövqelərinin əsas Raqqa bölgəsində qorunub saxlanmasına nail olmaq istəyir. Münaqişə isə dərinləşir və hələ çox qan töküləcəyini ehtimal edir.

Türkiyə ordusunun irəlilədiyi bir zamanda Suriya ordusu da cənubdan İdlibi təmizləməyə davam edir. Ehtimal ki, Ankaranın İdlibin içərilərinə əsgər göndərməsi də gözlənilən vəziyyətlə əlaqədar olub. Çünki Suriya ordusunun İdlibi ələ keçirməsi Türkiyənin Suriya üzərindəki təsirini azaldacaq. Üstəlik, İdlib hökumətin əlinə keçərsə, buradakı müxalif qruplaşmalar ya təslim olmağa, ya da Türkiyə ərazilərinə keçməyə məcbur olacaqlar. Suriya ordusunun yenidən Türkiyə-Suriya sərhədlərinə qayıtması bu mənada Ankara üçün indiki şərtlərdə əlverişsizdir.


Çünki Ankara həm sərhədlərin təhlükəsizliyi, həm də Suriyanın siyasi gələcəyi ilə bağlı danışıqlarda dəstəklədiyi müxalif qüvvələrə siyasi-hərbi üstünlük qazandırmaq üçün İdlib, Afrin, Azez-Cerablus xətti və nəhayət, növbəti mərhələdə Menbic-Tel Abyad xəttini PYD-dən təmizləməyi düşünür. Vəziyyətin bu istiqamətdə irəliləməsi Suriyada böyük toqquşmanı daha da yaxınlaşdırır. Türkiyə indi həm ABŞ-la kürd məsələsi ilə bağlı anlaşmalıdır, həm də Rusiya ilə İdlib və Afrinin taleyi ilə bağlı razılaşmalıdır. Çünki kürdlər Afrini itirmək təhlükəsi qarşısında qalarsa, bir variant kimi onu Suriya ordusuna təslim edə bilərlər.

Türkiyə 1952-ci il sentyabrın 8-dən NATO-nun üzvüdür. Deməli, Türkiyə həm də bu siyasi-hərbi blokun ərazisidir. Onda belə çıxır ki, ABŞ terrorçuları NATO-nun ərazisində terror törətmək üçün silahlandırır, onlara himayədarlıq edir. Əslində, beynəlxalq hüquqa əsasən, dövlət dövlətlə əməkdaşlıq edir, münasibətini tənzimləyir. Dünyada heç bir terrorçu təşkilatın təhlükəsizlik orqanı istənilən ən kiçik dövlətin belə bir qurumundan faydalı işləyə bilməz. Türkiyədə fəaliyyət göstərən PKK silahlıları isə zaman-zaman kəşfiyyat məlumatlarına sahib olublar. Buna da şübhə yoxdur ki, onları belə informasiyalarla Türkiyəyə qarşı olan, onun parçalanmasını arzulayan və bu istiqamətdə çalışan dövlətlər təmin edib. ABŞ, Almaniya, Britaniya, Fransa və başqaları Türkiyənin addımının qanuni olduğunu bildirsələr də, rəsmi Ankaradan əməliyyatların nə vaxt başa çatacağı ilə bağlı açıqlama istəyiblər. Türkiyə rəsmiləri qonşularının ərazi bütövlüyünə hörmət etdiklərini dəfələrlə bəyan ediblər. Bunu İraq və Suriyanın ərazi bütövlüyü məsələsində də, faktiki olaraq, göstərməkdədirlər. O zaman belə ehtimal etmək olar ki, Türkiyənin terrorçu olaraq tanıdığı qruplaşmaların fəaliyyəti dayandıqdan sonra bu əməliyyatlar da başa çatacaq. Başqa sözlə, həmin terrorçulara silah-sursat yardımı kəsildikdən, verilən hərbi avadanlıqlar yığıldıqdan, hər cür siyasi dəstəklər dayandırıldıqdan sonra bu antiterror əməliyyatının başa çatacağını gözləmək olar. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyanı bölüşdürməyi planlaşdırdığını söyləyib. O, "Amerikalılar ölkənin bölünməsini istəyir. Suriyanın feili olaraq bölünməsi üçün planları var, bunu bilirik " – deyə bildirib.

Pentaqondan hücumla əlaqədar verilən açıqlamada əvvəlcə rejim tərəfindən ağır silahlarla PKK-ya hücum edildiyi və buna qarşı "müdafiə hüququndan" istifadə edildiyini qeyd edib.

Siyasi araşdırmaçılar hesab edirlər ki, Vaşinqtonun Suriyadakı məqsədi İŞİD-la döyüşmək deyil, ölkənin iqtisadi varlıqlarını; neft və qaz yataqlarını ələ keçirməkdir. Suriyanın Deyrizor bölgəsində zəngin neft yataqları ələ keçirmək üçün PKK ilə rejim qüvvələri arasındakı qarşıdurma yaşanıb. Rejimə bağlı hərbi qüvvələr 7 fevral gecə yarısından etibarən İran dəstəkli hərbi qüvvələrin də iştirak etdiyi 500 nəfərin buraya doğru irəliləməsinin ardından PKK raket zərbələri ilə onların qarşısını almağa çalışıb. Hökumət tərəfdarlarına endirilən zərbələrdən sonra tərəflər arasında gərgin qarşıdurma yaranıb.

ABŞ-da qurulan koalisiya təyyarələri qarşıdurmaya müdaxilə etmək üçün 3 saat fasiləsiz raket zərbələri endirib və 100-dən çox rejimə bağlı hərbi qüvvələr və İran dəstəkli hərbiçilər öldürülüb.

Türkiyənin dağıdılan Suriyada apardığı antiterror əməliyyatının əsas məqsədi eyni zamanda bölgəni xaosdan xilas etməkdir. Qərb dairələri Türkiyədə qanlı qarşıdurma yaratmaq, daha sonra beynəlxalq vasitəçi rolunda iştirak edərək, ölkəni diz çökdürmək istəyirlər. Türkiyə bu tələdən xilas olmaq niyyətindədir. Ankara Afrin başda olmaqla Suriya ilə 911 km, İranla 560 km, İraqla 384 km, Ermənistanla 328 km uzunluğunda sərhədini terrorçulardan təmizləyib qorumaq məcburiyyətindədir. Hər halda beynəlxalq vasitəçilərin məqsədi sülhə nail olmaq deyil, bunu Ankara anlayır və Afrin əməliyyatını davam etdirir…(sputnik)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Hamısı