Bakıda günorta saatlarında bankomatın qarət olunması ölkə mediasının gündəmini zəbt etdi. Məlumata görə, banka məxsus 174 min manat pul qarət olunub. Amma bu hadisəni xüsusiləşdirən özəl edən bir neçə məqam var.
Bu məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində bankomatların təhlükəsizliyinin qorunması barədə maraqlı sujet yayımlanıb.
Şükran Musayev (Şahid): “Orada oturmuşdu. Şübhələndim. Elə bildim bank işçisi kimi geyinmişdi”.
İlkin və dolğun məlumat da bundan ibarətdir ki, naməlum şəsxlər xüsusi geyimdə olublar. Hətta o qədər inandırıcı hərəkət ediblər ki, bankın mühafizə işçilərini belə aldada biliblər. Eksertlərin fikrincə bu oğurluq hadisəsinə adi soyğun kimi baxmaq düzgün deyil. Çünki bu peşəkarlıqla hazırlanan qarət planıdır.
Elmar Nurəliyev (Ekspert): “Bankomatların hamısında siqnalizasiya var. Hətta onun kodunu bilən adam üçün də onu açmaq çətindir. Onların peşəkarlığından söhbət gedir ki, çox qısa zamanda bunu edə biliblər”.
Sadiq Mirzə (İT mütəxəssis): “Hər bir bankomatın unikal adı və kodu olur. Heç bir bankomat eyni adda və kodda ola bilməz. Və onlar olduğu əraziyə yaxın mühafizə xidmətinə bağlı olurlar, onlara öz kodunu göndərərək xəbərdarlıq edir”.
Ekpertlərinin fikrindən aydın olur ki, burada təhlükəsizliklə bağlı problem var. Amma əslində bankomatların yerləşdirilməsi və mühafizəsi ilə bağlı xüsusi standarlar da mövcuddur. Bəs, ödəmə terminalları və bankomatlar yerləşdirilərkən nəyə diqqət edilməlidir?
Sadiq Mirzə (İT mütəxəssis): “Bankomatların arxa tərəfi çox həssas olur. Onun daha çox arxasını marketin içərisində, yaxud da iaşə obyektinin içərisində olması daha məqsədəuyğun olar və onu qorunaqlı edər”.
Bu kimi oğurluq və qarətlərin yenidən baş verməməsi üçün, yaxşı olar ki, sadalanan təhlükəsizlik tədbirlərinə və mühafizə formalarına daha diqqətli və həssas yanaşılsın. Baş verən son hadisənin təfərrüatları isə cinayətkarların həbsindən sonra üzə çıxacaq.